Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalistiHəssas qələm sahibi – Mirvari xanım; Azərbaycan Respublikasının əməkdar jurnalisti

Həyatı və yaradıcılığı Mirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb. Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb.açılan nur kitabının təqdimatı-329811 “SABAHA SAÇILAN NUR” KİTABININ TƏQDİMATI Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir.

2016-ci il 17 iyun tarixində Bakı şəhərində vəfat edib.

Mükafatları

R.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.

Haqqında deyilənlər

Görkəmli akademik Vasim Məmmədəliyevin Mirvari xanım haqqında söylədiklərindən:

Həmçinin bax

Elnur Eltürk Elxan Əliyev (jurnalist)

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər