Molibdit — mineral, MoO3.

Haqqında Molibdit - rombik. Habitus yastıiynəvari, lövhəvari. Ayrılması {100} və {010} üzrə mükəm­məl, {001} üzrə orta. Aqreqatı torpaqvari. Rəngi yaşılımtıl-sarı, rəngsiz. Parıltısı almazı, ayrılma müstəvisində - sədəfi. Əyilgəndir. Sərtliyi 1-2. Xüsusi çəkisi 4,74. Mo yataqlarının oksidləşmə zonasında rast gəlir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Oksidlər (minerallar) Kateqoriya:Molibdenin mineralları Kateqoriya:Rombik sinqoniya mineralları