Azərbaycanlılaşdırma, AzərbaycanlılaşmaFilologiya məsələləri. Bakı, 2018, № 6. AMEA Əlyazmalar İnstitutu. "Elm və təhsil" nəşriyyat. Guliyeva, V. (2012). Azərbaycan Memarlığının Şah Əsərlərinin Durumu . Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi, 1 (4), 227–239 . DOI: 10.7884/teke.104 və ya Türkləşmə — şəxslərin, tayfaların və etnik qrupların azərbaycanlılığı mənimsəməsi, ərazi və dövlətlərin azərbaycanlılaşdırılması. Etnik qrupların azərbaycanlılaşmasında səbəblər Azərbaycan dilini və mədəniyyətini mənimsəmə, İslama keçid, ticarət münasibətləri, ekzoqam nikahlar, köçərilik, qonaqpərəstlik münasibətləri və s.-dir.

Tarixi arxa plan

Azərbaycan xalqının formalaşması

200px|thumb|right|Qazan xan (mərkəzdə). Onun dövründə Muğan düzünə türk və monqol tayfaları köçürülmüşdür.

Azərbaycana türklərin gəlişi hunların dövründə başlamış və daha sonra davam etmişdir. Türk köçərilərinin daimi olaraq bölgəyə girişi Xəzər xaqanlığı dövrü üçün xarakterik idi, baxmayaraq ki, o dövrdə salınmış daimi türk məskənləri haqqında dəqiq məlumatlar yoxdur.

Türk tarixçisi Faruq Sümər Azərbaycanda türkləşmənin üç dövrünü müəyyən etmişdir: Səlcuq dövrü, monqol dövrü və monqollardan sonrakı dövr (Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövrü). İlk iki dövrdə oğuz türk boyları qərb sərhədlərinə (Anadoluya) və Şimali Azərbaycana (Arran və Muğan çölünə) yerləşdilər və ya zorla məskunlaşdırıldılar. Azərbaycanda türkləşmənin ilk mərhələsi XI əsrdə şimalda (Şirvan istisna olmaqla) Səlcuqların uc torpaqlarında, XII əsrdə isə cənubda (İran Azərbaycanında) başlamışdır.

745-ci ildə Monqolustanın hakimiyyəti oğuzlardan uyğurlara keçdi. Oğuzlar qərbə və cənuba köçdülər. Oğuzların köçü azərbaycanlıların da daxil olduğu cənubi-qərb türklərinin formalaşmasına səbəb olmuşdur. Bağdad Xilafətinin süqutu dövründə (X və XI əsrlərdə) türk elementləri Şərqi Zaqafqaziyaya yavaş-yavaş daxil oldular. Buranın aborigen əhalisi ya məhv edildi, ya dağlara qaçdı, ya da assimilyasiya edildi.

XI–XIII əsrlərdə türkdilli oğuz tayfalarının Cənub-Şərqi Qafqaza yayılması nəticəsində yerli əhali arasında türklərin üstünlüyü daha da güclənir və azərbaycan xalqının formalaşması prosesi başlayır.История Востока. В 6 т. Т. 2. Восток в средние века. М., "Восточная литература", 2002. ISBN 5-02-017711-3 Bölgədə mövcud olan etnik müxtəliflik türkləşmə üçün zəmin olmuşdur. və Natalya Volkova qeyd edirlər ki, türk tayfalarının bir neçə miqrasiya axını nəticəsində yerli əhalinin dili assimilyasiyaya məruz qalmış və yerli əhali türk dilində (azərbaycan dilində) danışmağa başlamışdır.

Elxanilər dövründə türk boylarının Azərbaycana köçü baş vermişdir. Bu dövrdə tat-tacik qruplara qarşı monqolların göstərdiyi diskriminasiya, Fərat çayından kanalların açılması tatların Azərbaycan və İraq-i Əcəmdən (Sultanabad) İraqa köç etməsinə səbəb olmuşdur. Qalanlar isə monqollarla birlikdə türkləşmiş, İran Azərbaycanında Azərbaycan dili hakim olmuşdur. Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır. Bu dövrdə Azərbaycana gələn türk-monqol tayfalarının ümumi sayı 2 milyon olaraq düşünülür. Təbriz və Marağa şəhərləri dağıdılmadığı üçün İran elementi saxlanılmış, daha sonra isə türkləşmə baş vermişdir.Azerbaycan // MEB Islam Ansiklopedisi. — 1979. — Т. 2, вып. 5. — С. 103–105.

Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. Monqollardan sonrakı dövrdə İrandakı türk ünsürləri geri qayıdan Anadolu türkləri ilə birləşdilər. İrandakı türk ünsürləri oğuz mənşəli olmaqla birlikdə, onlara monqollar dövründə İrana gələn uyğur, qıpçaq, karluk və digər türklərin, eləcə də türkləşmiş monqolların daha kiçik qarışıqları daxil idi.

XII–XV əsrlərdə xüsusilə Arranın ətəkləri türk köçəri tayfalarının intensiv şəkildə məskunlaşdığı yerlər olmuşdur. Bunun nəticəsində region tədricən türk-iran mənşəli toponim olan "Qarabağ" ilə adlandırılmışdır. Qarabağın dağlıq hissəsi türkləşməyə qarşı güclü şəkildə mübarizə aparmış və xristian erməni əhalisinin sığınacaq tapdığı yer olmuşdur. XIV–XV əsrlərdə Qarabağın düzlük hissəsi demək olar ki, tamamilə türkləşmişdi.Закавказье в XI–XV вв. // История Востока / Под ред. Р. Б. Рыбакова. — М.: Восточная литература РАН, 1997. Yekun olaraq, Qarabağ azərbaycanlılarının kimliyi Qarabağdakı türklük əsasında formalaşmışdır.Laurence Broers. Armenia and Azerbaijan: Anatomy of Rivalry. — Edinburgh University Press, 2019. — С. 86. — ISBN 978 1 4744 5054 6.

Sülalələr, dövlətlər və tayfaların azərbaycanlılaşması

200px|thumb|right|Şah Süleyman Səfəvi sarayda 200px|thumb|right|Fərhad bəy Məlik-Aslanov. Məlik-Aslanovlar nəsli 1384–1551-ci illərdə mövcud olmuş Şəki hakimliyinin ilk hökmdarları olan Orlatlar azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184. 1387–1406-cı illərdə Osmanlı baş vəziri olmuş Çandarlı Əli Paşa kölə əsgərlərin istifadə edildiyi qulam (cəm forması qılmandır) sistemini azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə Osmanlı imperiyasında tətbiq etmişdi.

İran Azərbaycanının türkləşməsində Səfəvilər sülaləsinin əhəmiyyətli rolu olmuşdur.Hafez F. Farmayan. "The Beginning of Modernization in Iran: The Policies and Reforms of Shah Abbas (1587–1629)". — С. 15. XI əsrdə Ərdəbildə məskunlaşmış Səfəvilər sülaləsi zaman keçdikcə azərbaycan dilini qəbul etmişdir.Savory, Roger (2007). Iran Under the Safavids. Cambridge University Press. p. 213. ISBN 978-0-521-04251-2. Encyclopædia Iranicaya görə onlar azəri dilini (azərbaycan dili ilə əlaqəsi yoxdur) unudaraq türkləşmişdilər.Encyclopaedia Iranica. E. Yarshater, The Iranian Language of Azerbaijan: "Адари (=азери) утрачивает позиции более быстрыми темпами, чем раньше, так что даже Сефевиды, первоначально ираноязычный клан (как свидетельствует четверостишия шейха Саафи-эль-Дина, их эпонимного предка, и его биография), тюркизировались и приняли тюркский язык. (Adari lost ground at a faster pace than before, so that even the Safavids, originally an Iranian-speaking clan (as evidenced by the quatrains of Shaikh Sáafi-al-din, their eponymous ancestor, and by his biography), became Turkified and adopted Turkish as their vernacular)." Bu sülalədən olan I İsmayılın qurduğu, rəsmi dili farsca olan Səfəvi imperiyasında Azərbaycan dili hakimlərin, sarayın və qızılbaş hərbi təşkilatının dili idi.Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5. Şah I Abbas paytaxtı Qəzvindən İsfahana köçürəndən sonra isə əvvəl türk dilini işlədən saray fars dilini istifadə etməyə başlayır.Cyril Glassé (ed.), The New Encyclopedia of Islam, Lanham, Maryland: Rowman & Littlefield Publishers, revised ed., 2003, ISBN 0-7591-0190-6, p. 392 Buna baxmayaraq, 1670-ci illərdə İrana səfər etmiş alman səyyahı Engelbert Kempfer qeyd edir ki, burada nüfuzlu insanın azərbaycan dilini bilməməsi demək olar ki ayıb hesab edilir.Willem Floor and Hasan Javadi The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies Şah Süleyman Səfəvi saray hərəmində bağlı qaldığı üçün ana dili azərbaycanca idi, onun hansı səviyyədə farsca bilməsi hələ də tarixşünaslığa aydın deyil.

1562–1844-cü illərdə mövcud olmuş İlisu sultanlığının əhalisi ağır bir şəkildə Azərbaycan mədəniyyətinin təsirinə məruz qalmışdır.Агеева Р. А. Какого мы роду-племени? Народы России: имена и судьбы. Словарь-справочник. — Academia, 2000. — С. 365. — ISBN 5-87444-033-X. İlisu sultan və bəylərinin bir hissəsi saxur, bir hissəsi türk-azərbaycanlı mənşəli idi.И. П. Перушевский. Джаро-белоканские вольные общества в первой половине XIX века. — Махачкала, 1993. — С. 73–74. Azərbaycanlılara assimilyasiya olunmuş digər qruplar Yıva boyunun Azərbaycana köçmüş qrupları,Ataniyazov, S. Dictionary of the Turkmen ethnonyms. Ylym; Ashgabat. 1988. İyirmidördlər tayfa ittifaqına daxil olan kürd tayfalarıdır.И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI—начале XIX вв. — Ленинград: Издательство Ленинградского Государственного Ордена Ленина Университета имени А. А. Жданова, 1949. С. 71.

Qacarlar dövründə Azərbaycan türkcəsi fars dili ilə birlikdə iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı.Ardabil Becomes a Province: Center-Periphery Relations in Iran, H. E. Chehabi, International Journal of Middle East Studies, Vol. 29, No. 2 (May, 1997), 235 Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.Prof. Dr. Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine (тур.) // Amasya Üniversitesi Sosyal Bilimler Dergisi. — 2018. — C. 2. — S. 131–171. — ISSN 2602–2567.

XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik Yeqanın soyundan azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.Məlikaslanovların soyağacı haqqında, N. A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 25 ISBN 5-86871-204-4 Dizaq hakim ailəsinin üzvü Bağdad bəy və oğulları Aslan (Dizaq naibi) və Vaqan zorla islamı qəbul etməyə məcbur edilmişdir. Aslan bəyin oğullarından biri olan Fərhad bəy türk olmuş, erməni köklərindən uzaqlaşmışdır. Bu ailənin müsəlmanlaşmış nümayəndələri Məlikaslanovlar adlandırılmağa başlamış, ailənin mülkü ailədəki xristian nəsilə yox, onlara qalmışdır. Arakel Babaxanyan Məlikyeqanovlar və Məlikaslanovları Tuğ kəndinin müsəlmanlaşmış bəyləri adlandırır, erməni məliklərinin soyunun uzaq nümayəndələrinin İslam dininin təsirinə görə milli vəzifələri unutduğunu qeyd edir.

Etnik qrupların vəziyyəti

İslamın yayılması Azərbaycanın etnik şəklinin dəyişməsinə səbəb olmuşdur. İslam əsrlər boyunca müxtəlif etnik komponentlərin tək bir etnik sistemə inteqrasiyası üçün vacib bir amil olmuşdur.Aliyeva, Lala. (2013). Vernacular Islam in Azerbaijan. Humanities and Social Sciences Review, CD-ROM. ISSN: 2165–6258. 2. 145–151. page 146.

XIX əsrdə Qafqazda bir çox müsəlman etnosları arasında kifayət qədər intensiv şəkildə etnik kimliyin dəyişilməsi prosesi gedirdi. Rəsmi Çar Rusiyası statistikasında kürdlər, tatlar, talışlar, saxurlar və ləzgilər çox vaxt "türklər" və ya "Azərbaycan tatarları" adlandırılırdı. Başqa sözlə desək, azərbaycanlıların etnik üstünlük təşkil etdiyi bölgələrdə azsaylı etnik qrupların assimilyasiyası təbii bir proses olaraq gedirdi.

Azərbaycanda 200px|thumb|left|1890-cı ildə tatların Azərbaycanda məskunlaşdığı yerlər. Qırmızı ilə göstərilən yerlərdə yalnızca tatlar, ağ-qırmızı xətlərlə göstərilən yerlərdə isə tatlar və azərbaycanlılar yaşayırdı.