Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; ) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti.
Həyatı Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi.
2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı.Юлия Санина стала магистром филологии. İstifadə tarixi: 26 aprel, 2019
2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur.İrina Tatarenko. Солисты The Hardkiss Юлия Санина и Валерий Бебко впервые рассказали о своей свадьбе: интервью Viva! // Viva!, İstifadə tarixi: 22 iyun 2014.
2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu.
Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir.
Ailəsi Yuliya, The Hardkiss qrupunun yaradıcı prodüseri və gitaristi Valeri Bebkoya ilə evlidir. Cütlük 5 il aralarındaki əlaqəni gizlətdi.
21 noyabr 2015 ilində cütlüyün Daniyel adlı oğlu dünyaya gəlmişdir.
Mükafatları "Qaradəniz Oyunları 1999" festivalının diplomantı "Крок до зiрок 2001" (Ulduza bir addım) televizor şousunun qalibi "Qəlbimdə İsa" festivalının laureatı "Cavanların Dünyası 2001" (Budapeşt) "Cazın ritmi" festivalının laureatı "Slavyan Bazarçiki 2002" festivalının laureatı Utyoseva adına Cazz Festivalı laureatı (Odessa, 2004) "Atlant M" Uşaq Cazz Festivalı laureatı (2003, 2004) "Ulduz olmaq İstəyirəm" televizor şousunun finalçısı (2006)
İstinadlar