Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun."Games Guide". Computer Trade Weekly. No. 667. United Kingdom. 8 dekabr 1997. səhifə 24.

Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir.Stephen McGinty (20 sentyabr 2013). "Grand Theft Auto V: Scottish game conquering world ". scotsman.com. İstifadə tarixi: 13 oktyabr 2013.

Oyun prosesi Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur.Wallis, Alistair (21 dekabr 2006). "Playing Catch Up: GTA/Lemmings' Dave Jones ". Gamasutra. İstifadə tarixi: 25 avqust 2013.

Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir.

Xəritə Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami)."The complete history of Grand Theft Auto ". Gamesradar. Future. 25 April 2008. İstifadə tarixi: 28 iyul 2015

Polislər Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.

Polisdən qurtulmağın üç yolu vardır:The Guardian (16 September 2013). "The making of Grand Theft Auto: 'Like nailing jelly to kittens '". İstifadə tarixi: 26 sentyabr 2013.

Təqibdən qaçmaq. Polislərin az olduğu yerlərdə müəyyən müddət dayanmaq. Diqqət səviyyəsini sıfıra endirəcək "Polis simvolunu" tapmaq. Bir avtomobil almaq və avtomobilin rəngini dəyişmək.

Missiyalar Missiyaların çoxuna, oyunçu şəhər ərazisində bolluq təşkil telefon dirəklərindən istifadə edərək başlaya bilir. Həm də müəyyən bir avtomobilə doğru gələrək və ya oturaraq əlavə tapşırıqlar əldə edə bilərsiniz.Fu, John; Hughes, Prof. Thomas (1 mart 2000). "Marmalade, Jute, and Video Games ". History 274B. İstifadə tarixi: 15 mart 2013.

Oyunçu bir missiya əldə etdikdən sonra, cari missiya başa çatmamış, digər missiyalara keçə bilmir.

Missiyalar olduqca müxtəlifdir. Oyunçuya bank soyğunçuluğu, gettolarla atışmalar, polislərə qarşı vuruşma və digər qeyri-qanuni işləri ilə məşğul olmaq təklif olunur.

Saundtrek Grand Theft Auto oyunu yeddi radiostansiyaya, həmçinin polis radiotezliyinə malikdir. Oyunçular avtomobildə hərəkət edərkən bu radiostansiyalara qulaq asa bilər. Lakin hər bir avtomobildə radiostansiya yer almır, sadəcə xüsusi avtomobillərdə radiostansiyalara qulaq asmaq mümkündür. PlayStation oyun versiyasında hər bir avtomobil yalnız bir radio stansiyasına sahib idi."Grand Theft Auto for PC ". GameRankings. CBS Interactive. İstifadə tarixi: 2 oktyabr 2011

Radiostansiyalar Brooklyn Underground FM The Fix FM The Fecknus Bucker FM Head Radio FM It's Unleashed FM N-CT FM RADIO '76 FM

Rəylər PC Zone vebsəhifəsinin oyun üzərindəki rəyi: "Oyunda təsvir edilən qəddarlıq və cinayət fəaliyyətinin romantik olduğunu, lakin eyni zamanda çox cəlbedici" olduğunu söylədi.Staff (12 fevral 1999). "Milia News; ECCSELL Awards Name Winners ". GameSpot. İstifadə tarixi: 30 avqust 1999. Game. Exe Juranlının rəyçisi Aleksandr Verşinin yalnız multiplayer olmamasının dezavantaj olduğunu bildirdi lakin oyun haqqında müsbət rəylər bildirdi.

İstinadlar

Həmçinin bax GTA Rəsmi səhifəsi Orijinal GTA prototipləri

Kateqoriya:Grand Theft Auto Kateqoriya:1997-ci ilin videooyunları Kateqoriya:1998-ci ilin videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:DOS videooyunları Kateqoriya:PlayStation (konsol) videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar