Andraş Töröçik (; ) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese.
Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku və 1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir.
Karyera
Klub Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir. "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə və 1981-ci ildə Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.
Andraş Töröçik "Uypeşt" futbol klubunun azarkeşlərinin sevimli futbolçularından idi. Onlar Töröçikə "Rəqs et, Törö!" () deyə mahnı oxuyaraq dəstək verirdilər.
1985-ci ildə Andraş Töröçik Fransanın "Monpelye" futbol klubuna transfer edilmişdir. Macarıstan Futbol Federasiyası otuz yaşını keçmiş futbolçulara xaricdən gələn müqavilə təkliflərini imzalamağa icazə vermişdir. Buna görə də otuz yaşlı Töröçik Fransadan gələn bu müqaviləni imzalaya bilmişdir. Fransada çıxış etdiyi dövrdə Andraş Töröşik Futbol üzrə Fransa Çempionatında (Liqa 2) birincilik yaşamışdır. "Monpelye" futbol klubunda 31 oyun keçirmiş və 4 qol vurmuşdur. Bundan sonra Macarıstanın "Volan" və "MTK Budapeşt" futbol klublarında çıxış etmiş Andraş Töröçik 1989-cu ildə karyerasına son qoymuşdur.
Nailiyyətləri Macarıstan Çempionatı (3): 1974/75, 1977/78, 1978/79 Macarıstan Kubokunun sahibi (3): 1974/75, 1981/82, 1982/83
İstinadlar
Xarici keçidlər
Andraş Töröçik — weltfussball.de saytında. Andraş Töröçik — FootballDatabase.eu saytında.
Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Macarıstan futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Futbol hücumçuları