Tsiklooktan (oktametilen) — tsikloalkanlar sinfinə aiddir. Kimyəvi formulu — C8H16

Fiziki xassələri Tsiklooktan — rəngsiz, kamfora iyli mayedir.

Kimyəvi xassələri Vilştetter nar ağacı qabığında olan alkaloid psevdopelletriyerindən tsiklooktatetraen almışdır. Tsiklooktatatetraen asanlıqla birləşmə və oksidləşmə reaksiyalarına girir; o, otaq temperaturunda katalizatorun iştirakı ilə hidrogenlə birləşərək, tsiklooktana çevrilir. Tsiklooktan 150oS-də qaynayır. Halqasinda 8-dən artıq (34-ə qədər) karbon olan birləşmələrdən, böyükhalqalı ketonlar, Rujiçkanın və qismən Tsiqlerin tədqiqatı nəticəsində alınmış və öyrənilmişdir.

Konformasiyası thumb|left|300px|tsiklooktanın konformasiyası

Törəmələri Böyükhalqalı tsiklik ketonların bəzisi təbiətdə tapılır. Onlardan sibeton və muskonu göstərmək olar. Sibeton İranda və Həbəşistanda rast gələn viverra heyvanının vəzilərindən alınır, müşk iyi verir, 32,5oS-də əriyir. 158–160oS-də qaynayır. Muskon, Orta Asiyada və Tibetdə yaşayan erkək kabarqadan alınan müşkün əsas tərkibini təşkil edir. Muskon 142–143oS-də qaynayan, yağabənzər qatı mayedir. Sibet və müşk qədim zamandan məlum olan xoşiyli, qiymətli ətirli maddələrdir.

Mənbə M. Mövsümzadə "Üzvi kimya", Maarif-1966.

Kateqoriya:Sikloalkanlar