Tufan Minnullin (tam adı: Tufan Abdulla oğlu Minnullin, , ; ) — tatar əsilli SSRİ və Rusiya dramaturqu, nasiri, publisisti və ictimai xadimi, Kazan şəhərinin fəxri sakini.
Həyatı Tufan Abdulla oğlu Minnullin 25 avqust 1935-ci ildə SSRİ-nin RSFSR-nın Tatarıstan MSSR-nin Kama Tamağı rayonunun ərazisinə daxil olan Olı Mərətxuca kəndində anadan olmuşdur.
1952-ci ildə o, orta məktəbdən məzun olmuş, 1956–1961-ci illərdə M. S. Şepkin adına Moskva Ali Teatr Məktəbində təhsil almışdır.
Tufan Minnullin 1961–1964-cü illərdə Menzelinski Akademik Teatrında işləmişdir. Eyni zamanda o, dram ilə peşəkarcasına maraqlanmağa başlamışdır.
1962-ci ildə Menzelinski Akademik Teatrı onun komediya janrında yazdığı "Kəndimizin əhalisi" () əsərini tamaşaya qoymuşdur. Həmin il onun "Azat" (, ). pyesi Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrında tamaşaya qoyulmuşdur.
Tufan Minnullin 1964–1967-ci illərdə Kazan Telestudiyasının redaktoru kimi çalışmış, eyni zamanda "Çayan" (, ) jurnalında redaksiya vəzifələrini icra etmişdir.
1968-ci ildən o, ədəbi fəaliyyətlərlə məşğul olmuşdur.
1975–1977-ci illərdə Tufan Minnullin Moskva şəhərində ədəbiyyat üzrə ali ixtisaslı kurslara getmişdir. 1984–1989-cu illərdə idarə heyəti sədri kimi çalışmışdır.
1989–1991-ci illərdə SSRİ-nin Xalq Deputatı, SSRİ Ali Sovetinin üzvü olmuşdur.
Tufan Abdulla oğlu Minnullin 2 may 2012-ci ildə Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ürəktutmasına görə Respublika Kiliniki Xəstəxanasına aparılmış, həmin gün 76 yaşında vəfat etmişdir. Onun meyiti Kazan şəhərindəki tatar qəbiristanlığında dəfn edilmişdir.
Şəxsi həyatı Həyat yoldaşı Nəsibə İhsanova ( 1938) teatr aktrisası, qızı Alfiya Minnullina-Yunisova isə jurnalistdir.
Yaradıcılığı Onun müəllifi olduğu pyesləri Tatarıstanın teatr cəmiyyətində populyardır. Bunlara "Kəndimizin əhalisi" (; 1961), "Bizim seçdiyimiz tale" (; 1972), "Biz gedirik, siz qalırsınız" (; 1986), "Əlvida" (, ; 1993), Yemelyan Puqaçov və Bəxtiyar Kankayevin yoldaşlığı barədə tarixi dram janrıda yazılmış "Bəxtiyar Kankayev" (; 1974), "Diləfruz üçün dörd bəy" (), "Aldermeş kəndindən olan qoca" (), "İlgizar + Vera" (), "Mənim qəlbim" (), "Ulduz ay olmadan bizə işıq saçır" (, ), "Layla" (, ) və başqaları aiddir.
İrsi Kazan şəhərində onun adını daşıyan bir küçə var.
Mükafat və təltiflər Musa Cəlil mükafatı (1974) Konstantin Stanislavski adına RSFSR Dövlət Mükafatı (1979) Abdulla Tuqay adına Tatarıstan Respublikası Dövlət Mükafatı (1979) Tatarıstan Respublikası Xalq Yazıçısı (2005) Tatarıstan MSSR Əməkdar İncəsənət Xadimi Başqırdıstan Respublikası Əməkdar İncəsənət Xadimi Rusiya Federasiyası Əməkdar İncəsənət Xadimi
Xarici keçidlər
Tufan Minnullin — Tatarıstan Respublikasının Milli Kitabxanasının rəsmi saytında. Tufan Minnullin — Белем.ру saytında. Tufan Minnullin — kitap.net.ru saytında. Tufan Minnullin — Татар язычылары порталы saytında. Əsərlərinin siyahısı — Tatarıstan Respublikası Nazirlər Kabinetinin Kitab Fondu saytında.
Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tatar şairlər Kateqoriya:Tatar dramaturqlar Kateqoriya:Tatar publisistlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Dramlar Kateqoriya:SSRİ xalq deputatları