Fyodor Çeskonov (tam adı: Fyodor Markeloviç Çeskonov, , ; ) — erzyan əsilli SSRİ yazıçısı, romançısı, dramaturqu, ədəbi tənqidçisi, Birinci Dünya müharibəsi və Rusiyada vətəndaş müharibəsi iştirakçısı. O, Mordoviya ədəbiyyatının qurucularından biri olmuşdur.

Həyatı Fyodor Markeloviç Çeskonov 7 may 1896-cı il tarixində Rusiya imperiyasının Saratov quberniyasının Petrovsk mahalının Pılkovo kəndində, bir kəndli ailəsində anadan olmuşdur. O, həmin kəndin yerli məktəbindən məzun olmuşdur.

Birinci Dünya müharibəsində Rusiya İmperator Ordusuna qoşularaq almanlara, Rusiyada vətəndaş müharibəsi zamanı isə Qızıl Orduya qoşularaq Çar qüvvələrinə qarşı vuruşmuşdur.

Müharibə sona çatdıqdan sonra Çeskonov özünü Mordoviya xalqına kommunizmi öyrətməyə və müasir Mordoviya mədəniyyətini qurmağa həsr etdi. 1922-ci ildə o, Moskva şəhərinə köçmüş və ali təhsil almışdır. 1924-cü ildə Çeskonov Qızıl Professorlar İnstitutunun Ədəbiyyat Fakültəsindən məzun olmuşdur.

Çeskonov 1932-ci ilə qədər SSRİ Xalqlarının Mərkəzi Nəşriyyat Evinin (Tsentrizdat) Mordoviya bölməsində redaktor kimi işləmişdir.

Moskva şəhərində yaşadığı dövrdə Çeskonov görkəmli Mordoviya alimləri olan A. Ryabov və T. Danilov ilə birlikdə Mordva dilində dərs keçən məktəblər üçün dərs kitabları hazırlayırdı. O həmçinin, «Yakstere teşte» (, ) qəzetində redaktor kimi çalışmışdır. O, 1933-cü ildən Saransk şəhərindəki Mordoviya Mədəniyyəti Tədqiqat İnstitutunun Ədəbiyyat Sektorunun baş tədqiqatçısı kimi işləmişdir.

1934-cü ildə Ümumittifaq Sovet Yazıçılarının Birinci Qurultayında deleqat olmuşdur. O, burada Mordoviya ədəbiyyatı barədə hazırladığı raportu təqdim etmişdi.

Fyodor Markeloviç Çeskonov 1938-ci ildə repressiyaya məruz qalmış və edam olunmuşdur. 1956-cı ildə Sov.İKP XX Qurultayının aldığı qərarla bəraət qazanmışdır.

Yaradıcılığı Çeskonov ilk əsərini 1922-ci ildə nəşr etmişdir. Onun «Sıre uçitel» (, ) adlı hekayəsi SSRİ hakimiyyətinin ilk illərində yaşayan kənd müəlliminin düşüncələrindən bəhs edir. Tezliklə o, çoxlu hekayə kolleksiyaları və esselər nəşr etmişdir: «Veles yavovs» (, , 1926), «Liya kiyava» (, , 1927), «Vasen tolt» (, , 1932), «Seçilmiş hekayələr» () (1959), «Yeni çağın gurultusu» (, 1974) və s.

O, hekayələr, esselər, səyahət qeydləri, pyeslər və başqa ədəbi əsərlər yazırdı.

Onun əsərlərindəki qəhrəmanlar işçi təbəqənin nümayəndələri idi və əsərlərinin əsas mövzuları inqilab, vətəndaş müharibəsi, kollektivləşmə, təbəqələrarası mübarizə, kommunist hakimiyyətinin təsis edilməsi, dini qalıqlara qarşı mübarizə və mədəni inqilab idi.

Çeskonov əsərlərində həqiqətə uyğunluq əldə etmək üçün arxiv sənədlərindən və özünün gördüklərindən istifadə edirdi.

Fyodor Çeskonov Mordoviya ədəbiyyatında dram janrının formalaşmasında böyük rol oynamışdır.

1924-cü ildə Moskva şəhərində "Tsentrizdat"da E. Okin və T. Vasilyevin əməkdaşlığı ilə nəşr edilmişdir. Bu kolleksiyaya «Erzyan pyesat» (, ), «Kavto kilyava» (, ), «A mon kedenze palın» (, ), «Roki tuvo» (, ), «Veluv» (, ), «Barşinan şkasto» (, ), «Kaldorqaut taşto kaytne» (, ) daxildir. Bu əsərlər inqilabdan sonrakı SSRİ-ni təsvir edirdi.

Onun dram janrındakı əsərlərində dövrün aktual və kəskin problemlər və konfliktlər üzə çıxarılırdı. Onun əsərləri əhəmiyyətli sosial problemlərin işıqlandırılması, konfliktlərin ciddiyyətliyi və dərin psixologizmi ilə xarakterizə edilirdi. O, uşaqlar üçün nəzərdə tutulmuş bir neçə əsərin də müəllifidir.

Çeskonovun Mordoviyanın ədəbi və yaradıcı tənqidinin inkişafında böyük rolu olmuşdur. Onun cəsarətliliyi, obyektivliyi və əhəmiyyəti «Avol ansyak kastano» (, , 1931), «Mokşerzyan dramaturgiyadont» (, , 1934) və «Erzyan folklordont» (, , 1934) məqalələri ilə seçilir.

Mənbə Fyodor Markeloviç Çeskonov — www.biografija.ru saytında. Fyodor Markeloviç Çeskonov — slovar.wikireading.ru saytında.

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Dərslik müəllifləri Kateqoriya:Erzyan dilində yazan yazıçılar Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar