Jiqmond Morits (; ) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi.
Həyatı Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü.
1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi.
Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu.
1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar etdi. 1926-cı ildə yenidən Mariya Simoyni ilə ailə həyatı qurdu.
Onun romanlarında yoxsulluqla bağlı problemlərdən bəhs edilirdi və macar köçkünlərinin həyatları təsvir olunurdu.
Əsərləri Kisvilágos kivirradtig (Səhərə qədər ayıq olan kim var?) (1898) Légy jó mindhalálig (Ölənə qədər sadiq ol) (1920) Úri muri (Çox sevincli) (1928) Rokonok (Münasibətlər) (1932) Hét krajcár (7 penni və digər qısa hekayələr) (1907) Az ezüstkirály sípja. Iromba J (Gümüş kralın fleytası; Brudi Yanko)
Həmçinin bax Lajoş Poşa
İstinadlar
Xarici keçidlər
Babelguides: Zsigmond Móricz Hungarian short stories
Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Macarıstan yazıçıları