Aşil Amperör (; ) — fransız rəssam-impressionist, Pol Sezanın dostu.

Bioqrafiya Aşil Amperör 16 sentyabr 1829-cu ildə Eks-an-Provans şəhərində cırtdan və qozbel kimi anadan olmuşdur. O, 1844-1856-cı illərdə Eks şəhərində rəsm dərsləri alırdı. La Peinture en Provence, Alauzen, pages 243 to 245.

1857-ci ildən etibarən o, tez-tez Parisə gedir və orada Tomas Kuturun məktəbində oxumağa başlayır. Uğur qazanmaqda israrlı olan Aşil küçələrdə yaşamaq ehtimalından qorxmadan hər yerdən kömək istəyirdi. Hətta məktublarında belə yazırdı:

left|thumb|А. Amperör Duel (1895) thumb|P. Sezann Aşil Amperör portreti (təx. 1868). Paris, Orse muzeyi

Karyera Aşil Amperör Parisdəki ilk sərgisindən bir gün əvvəl kətanına lak çəkmişdi. Ertəsi gün rəsm parça-parça olmuşdu. Travma aldığından o, bir daha heç vaxt lak istifadə etmədi və bu, onun çoxlu rəsmlərinin itməsi ilə izah olunur.Leaflets for exhibitions in the musée Granet : Hommage à Rembrandt (1968). Célébration de l'arbre (1977). L'arbre et ses fruits dans les collections du musée (1978).

Ancaq Cozef Ravaysunun oğlu sayəsində bəzi rəsmlər bu günə qədər qorunub saxlanılıb. Təsadüfən ondan Luvr Muzeyi üçün bir rəsm əsəri sifariş olundu və o, bunun üçün 1000 frank qazandı. Bu o dövr üçün böyük məbləğ idi. Bu pul ona bəzi borclarını ödəməyə və 1873-cü ilin oktyabrında Eks şəhərinə geri qayıtmağa imkan verdi.(Alauzen, ibid..) Aşil Amperör 1873-cü ildə Eks şəhərində Yoahim Qasketlə tanış oldu və Yoahim rəssamın ölümünə qədər ən yaxşı dostuna çevrildi.

Aşil Amperör Eks şəhərində olarkən Le Tolonedə rəsm çəkməyi xoşlayırdı. O, dikbaş və inadkar olması ilə tanınırdı. Yoahim Qasket bir dəfə onun "sarsılmaz cəsarəti və qüruru"ndan bəhs etmişdi, elə bir insan ki, ölüm yatağında belə "dünyanın gözəlliyinə, incəsənətinə və dahiliyinə" inamını qoruyub saxlamışdı.Joachim Gasquet, Cézanne, Bernheim, 1926.

Baxmayaraq ki, o, Pol Sezan ilə 1861-ci ildə Parisdə tanış olub yaxın dost olmuşdu, amma Sezanın üslubunu qəbul etməmişdi. O, Tisian Veçellioya və Eduard Maneyə qarşı böyük həvəs bəsləyirdi. Sezan bir dəfə dedi: "Yaxşı, o, uğur qazana bilmədi. Amma yenə də o, medal və mükafat qazananların hamısından daha çox rəssam idi".F. Baille, Les Petits Maîtres d'Aix à la Belle Époque, pages 82 to 86.

Vəfatı Aşil Amperör 8 yanvar 1898-ci ildə vəfat edib. Alauzen, La Peinture en Provence və Sen-Pyer qəbiristanlığında dəfn olunub.

İstinadlar

Xarici keçidlər

Portrait of Achille Emperaire, by Paul Cézanne

Kateqoriya:Fransanın impressionist rəssamları