The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir.

Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır. 2019-cu ildə Studio Deen tərəfindən istehsal olunacaq 3-cü mövsümü yayımlanmağa başlayacaq.

Netflix anime serialını öz saytında yayımlamaq lisenziyası əldə etmişdir. Funimation isə animeni Şimali Amerika və Avstraliyada buraxmışdır.

Məzmun

Yeddi ölümcül günah regionunda döyüşən yeddi əfsanəvi cəngavərə verilən addır. Bu qrup devirməklə ittiham olunduqdan sonra dağılmışdır. Onların güman olunan məğlubiyyəti Müqəddəs cəngavərlər tərəfindən olduğu güman edilsə də, Yeddi ölümcül günahın hələ də sağ olduğu əfsanəsi yaşamağa davam edir. On il sonra Müqəddəs cəngavərlər dövlət çevrilişi edirlər və kralı tuturlar. Krallıqda yeni, tiran hakimiyyət başlayır. Üçüncü şahzadə Elizabet Müqəddəs cəngavərləri tapmaq üçün və onların ona kömək etmələrini təmin etmək üçün səyahətə çıxır.

Media Manqa

Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyasının ilk one-shot pilot fəsli 22 noyabr 2011-ci ildə "Weekly Shōnen Magazine" jurnalının 52-ci sayında nəşr olunmuşdur. İndiyə qədər 35 tankobon cildi buraxılmışdır. Planlaşdırılmış ilk 3 hekayə arkı 100-cü fəsildə tamamlanmış və Suzuki layihənin daha 10 cild davam etməsinə qərar vermişdir. Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmış və ilk cildi 11 mart 2014-cü ildə buraxılmışdır. Crunchyroll tərəfindən 170-dən çox ölkədə rəqəmsal olaraq buraxılmışdır.

"Weekly Shōnen Magazine" jurnalının 19 oktyabr 2013-cü ildəki xüsusi buraxılışında "The Seven Deadly Sins" ilə "Fairy Tail" manqaları arasında krossover yayımlanmışdır. Əsl krossover fəsli jurnalın 25 dekabr 2013-cü ildə buraxılmış birləşmiş 4/5 buraxılışlarında nəşr olunmuşdur. Suzuki "Nakayoshi" şoco manqa jurnalının 3 oktyabr 2014-cü ildə buraxılmış 2014-cü il noyabr buraxılışı üçün one-shot manqa yazmışdır. O, həmçinin Meliodas ilə Havkın ilk tanışlığından bəhs edən komediya janrlı one-shot hazırlamış və onu "Magazine Special" jurnalının 20 oktyabr 2014-cü ildəki buraxılışında nəşr etdirmişdir. 24 fevral 10 may 2015-ci ilə kimi Suzukinin 2-dən çox spin-off manqası Manga Box tətbiqində yayımlanmışdır. manqası Hendrikson və Dreyfusun gənclik illəri haqqındadır. manqası isə Vayzel Döyüş Festivalından sonra Qiltanderin başına gələnlərdən bəhs edir. Nakaba Suzukinin 40 səhifəlik orijinal manqası "The Seven Deadly Sins: Prisoners of the Sky" anime filminin ekranlaşdırılması zamanı paylanmışdır.

Spin-off manqa

Cuyçi Yamaki tərəfindən hazırlanan komediya spin-off manqası manqasında personajlar lisey tələbələridirlər. Bu manqa 9 avqust 2014-cü ildən 8 oktyabr 2016-cı ilə kimi "Bessatsu Shōnen" jurnalında nəşr olunmuşdur. Dörd tankobon cildi buraxılmışdır. Çiemi Sakamoto tərəfindən hazırlanan digər komediya spin-offu manqasında personajlar televiziya verilişi aparan aktyorlardır. Bu manqa 28 noyabr 2015-ci ildən 28 oktyabr 2017-ci ilə kimi "Aria" jurnalında nəşr olunmuşdur. Dörd tankobon cildi buraxılmışdır.

adlı komediya yonkoması Masataka Ono tərəfindən hazırlanmışdır. Manqa Kinqi manqaka kimi fəaliyyətindən bəhs edir. Manqa 20 fevral 2016-cı ildə "Magazine Special" jurnalında yayımlamağa başlamış, 1 fevral 2017-ci ildə Manga Box tətbiqində buraxılmağa başlamışdır. Üç tankobon cildi buraxılmışdır. Mamoru İvasanın "Seven Days" romanının manqa adaptasiyası 17 yanvardan 2017-ci ilin sentyabrına kimi "Shōnen Magazine Edge" jurnalında nəşr olunmuşdur. Manqa Ban və Elaynın tanışlığından bəhs edir. Yo Kokukuci tərəfindən çəkilən və tam adı adlı bu manqanın 2 tankobon cildi buraxılmışdır.

Anime

2014-cü ilin aprelində "Weeklu Shōnen Magazine" jurnalının 20-ci buraxılışında manqa əsasında anime serialı anons edilmişdir. Anime serialı 5 oktyabr 2014-cü ildə yayımlanmağa başlamışdır. Anime serialının istehsalçısı A-1 Pictures, rejissoru Tensay Okamura, ssenaristi Şotaro Suqa və Keyqo Sasaki (həmçinin personaj dizayneri), bəstəkarı Hiroyuki Savanodur. Animenin birinci açılış mahnısı Ikimono-gakari tərəfindən ifa olunan , ikinci açılış mahnısı Man with a Mission tərəfindən ifa olunan "Seven Deadly Sins" mahnısıdır. Birinci bağlanış mahnısı Flow və Granrodeo tərəfindən ifa olunan "7-Seven" mahnısı, ikinci açılış mahnısı isə Alisa Takiqava tərəfindən ifa olunan "Season" mahnısıdır.

27 sentyabr 2015-ci ildə ikinci anime serialının 2016-cı ildə yayımlanacağı anons edilmişdir. 4 seriyalıq anime serialı olan 28 avqust 2016-cı ildə yayımlanmağa başlamışdır. A-1 Pictures tərəfindən istehsal olunmuş, rejissoru Tomokazu Tokoro, ssenaristləri Yukiko Ayana və Yuyçiro Kido, personaj dizayneri Keyqo Sasaki olmuşdur. Musiqi Hiroyuki Savano və Takafumi Vada tərəfindən bəstələnmişdir. Açılış mahnısı Mucc tərəfindən ifa olunan "Classic" mahnısı, bağlanış mahnısı isə Alisa Takiqava tərəfindən ifa olunan mahnısıdır. Sonuncu seriyadan sonra yayımlanan reklamda ikinci mövsüm anons edilmişdir.

Birinci mövsümün yayım hüququ Netflix tərəfindən alınmışdır. 24 seriyası da 1 noyabr 2015-ci ildə ingiliscə dublaj və subtitrlı şəkildə buraxılmışdır. İkinci mövsüm kimi təqdim olunan "The Signs of Holy War" da Netflix tərəfindən alınmış və 17 fevral 2017-ci ildə buraxılmışdır. 14 fevral 2017-ci ildə Funimation animeni Şimali Amerikada buraxacağını bildirmişdir. Animenin birinci hissəsini 15 may 2017-ci ildə, ikinci hissəsini 20 iyunda buraxmışdır. Tam mövsüm 14 avqust 2018-ci ildə buraxılmışdır. Madman Entertainment animeni 2019-cu ilin yanvarında Avstraliya və Yeni Zelandiya regionunda buraxmışdır.

adlı ikinci mövsüm 2017-ci ilin iyulunda "Nanatsu no Taizai FES" tədbirində anons edilmişdir və ilk seriyası 13 yanvar 2018-ci ildə yayımlanmışdır. Takeşi Furuta və Takao Yoşioka animenin yeni rejissor və ssenaristləri olmuşdurlar. Netflix tərəfindən üçüncü mövsüm kimi təqdim olunan bu ark isə Netflix-də 15 oktyabr 2018-ci ildə buraxılmışdır.

adlı üçüncü mövsümün 2019-cu ilin oktyabrında yayımlanması planlaşdırılır. Yeni mövsüm yeni hekayə arkına keçid xarakteri daşıyacaq. Üçüncü mövsüm Studio Deen tərəfindən çəkiləcək, rejissoru Susumu Nişizava, ssenaristi Rintaro İkeda olacaq. Hiroyuki Savano, Kota Yamamoto və Takafumi Vada yenə animenin bəstəkarları olacaqlar.

OVA

adlı OVA manqanın 15-ci cildinin məhdud nəşri ilə birlikdə 17 iyun 2015-ci ildə buraxılmışdır. 9 qısa komediya hekayəsindən ibarət ikinci OVA isə manqanın 16-cı cildinin məhdud nəşri ilə birlikdə 12 avqust 2015-ci ildə buraxılmışdır.

Film adlı anime filmi Yaponiya kinoteatrlarında 18 avqust 2018-ci ildə buraxılmışdır. Rejissoru Yasuto Nişikata, ssenaristi Makoto Uezudur. Anime filmi Nakaba Suzukinin orijinal hekayəsi əsasında çəkilmişdir. Filmin səsləndiriciləri ilə anime serialının səsləndiriciləri eynidir. Filmdə manqada olmayan üç personaj - Sorada (Tsubasa Yonaqa tərəfindən səsləndirilib), Elatta (Haruka Tomatsu tərəfindən səsləndirilib) və Bellion (Toşiyuki Morikava tərəfindən səsləndirilib) yer alır. Film Netflix tərəfindən 31 dekabr 2018-ci ildə bütün regionlarda buraxılıb.

Videooyun 11 fevral 2015-ci ildə Bandai Namco Entertainment tərəfindən Nintendo 3DS üçün istehsal olunmuş adlı videooyun buraxılmışdır. Bandai Namco PlayStation 4 üçün adlı oyun da hazırlamışdır. Oyun Şimali Amerikada və Avroada 9 fevral 2018-ci ildə buraxılmışdır.

Digər Franşiz əsasında 4 ranobe istehsal olunmuşdur: (17 dekabr 2014-cü ildə Şuka Matsuda tərəfindən), (26 dekabr 2014-cü ildə Mamoru İvasa tərəfindən), (16 oktyabr 2015-ci ildə Şuka Matsuda tərəfindən) və (17 oktyabr 2016-cı ildə Şuka Matsuda tərəfindən). Vertical "Seven Scars They Left Behind" ranobesini Şimali Amerikada 2017-ci ilin mayında, "Seven-Colored Recollections" ranobesini 2018-ci ilin martında buraxmışdır.

17 fevral 2015-ci ildə adlı illüstrasiya kolleksiyası və rəsmi fan-kitab buraxılmışdır. 17 aprel 2015-ci ildə anime üçün soraq kitabçası olan buraxılmışdır.

Qəbul 2014-cü ilin avqustunda manqa seriyasının 5 milyon nüsxəsi dövriyyədə idi. 2015-ci ilin yanvarında bu rəqəm 10 milyona çatmışdır. 2018-ci ildə isə bu rəqəm 28 milyon olmuşdur. İlk cildi ilk həftəsində 38.581 nüsxə satmış və Oricon manqa çartında 13-cü olmuşdur. İkinci cildi ilk həftəsində 106.829 nüsxə sataraq 5-ci, üçüncü cildi 135.164 nüsxə sataraq 4-cü olmuşdur. 13-cü cildi ən yaxşı nəticə göstərən cildi olmuş və ilk həftəsində 442.492 nüsxə sataraq 1-ci olmuşdur. 2014-cü ildə satılan 4,6 milyon nüsxəsi ilə həmin ilin ən çox satılan 9-cu manqası olmuşdur. 2015-ci ilin birinci yarısında manqa ən yaxşı satılan manqaya çevrilmişdir. İlin sonunda isə satılan 10,3 milyon nüsxəsi ilə sadəcə "One Piece" manqasından geri qalmışdır. 2016-cı ildə ən çox satılan 6-cı (5 milyon nüsxə), 2017-ci ildə isə 7-ci (3,6 milyon nüsxə) manqa seriyası olmuşdur. "Kono Manga ga Sugoi!"-un 2014-cü ildə keçirdiyi sorğuya görə manqa seriyası kişilər üçün nəzərdə tutulan ən yaxşı 5-ci manqa seriyası seçilmişdir. Manqa "Yowamushi Pedal" ilə birlikdə 39-cu Kodansha Manqa Mükafatı mərasimində Ən yaxşı şonen manqası mükafatını qazanmışdır. 2014-cü ildə Manqa Tayşo Mükafatının və Fransada keçirilən 42-ci Anqulem Beynəlxalq Komiks Festivalında Ən yaxşı gənclik komiksinin laureatı olmuşdur.

Manqanın Şimali Amerika buraxılışlarının 2-ci və 4-cü cildləri The New York Times-ın bestseller siyahısında 7-ci və 9-cu yerləri tutmuşdur. Anime New Network-dən Rebekka Silverman birinci cildi B dərəcəsi verərək çizimləri maraqlı və hekayəni "parlaq zirehlərdə döyüşən cəngavərlər haqqında yaxşı hekayə" adlandırmışdır. O, Meliodasda Akira Toriyamanın, qadın personajlarda 1970-ci illərin şoco manqalarının təsirini görmüşdür. Lakin Silverman çizimlərdə problemlərin olduğunu, həmçinin Elizabetin də bir personaj kimi yaxşı inkişaf etdirilmədiyini qeyd etmişdir. Həm Silverman, həm də Otaku USA saytında Danika Devidson bildirmişdirlər ki, komediya məhsulu kimi istifadə edilən Meliodasın Elizabetə qarşı tərbiyəsiz hərəkətləri bəzi oxucular tərəfindən səhv başa düşülə bilər. Ceson Tompson manqanın ümumi şonen elementlərini daşıdığını, buna görə tvistlərin və dialoqların təxmin edilən olduğunu qeyd etmişdir. Lakin o, çizimləri və seriyanın Avropa qurmasını bəyənmişdir.

Animenin birinci DVD cildi Oricon-un çartında 1-ci yeri tutmuş və 3.574 nüsxə satmışdır. Animenin 5 nüsxəsi 32.762 nüsxə satmış və manqa 2015-ci ilin birinci yarısında ən çox satılan 30-cu anime olmuşdur. Animeni qiymətləndirən Teron Martin animenin şonen döyüş səhnlərinə baxmayaraq sönük başladığını, amma ikinci hissədə hekayənin xeyli inkişaf etdiyini bildirmişdir. O, musiqi və personajların interaksiyasından zövq aldığını qeyd etmişdir. Lakin arxetip cinayətkarları bəyənməmişdir.

"The Seven Deadly Sins -Gaiden- Sekijitsu no Ōto Nanatsu no Negai" romanı 61.939 nüsxə sataraq 2015-ci ilin birinci yarısında ən çox satılan 33-cü ranobe olmuşdur.

2017-ci ilin oktyabrında Netflix animenin buraxıldıqdan sonra 24 saat ərzində ən çox marafon şəkildə baxılan 4-cü verilişi olduğunu bildirmişdir.

İstinadlar

Xarici keçidlər Weekly Shōnen Magazine-də rəsmi səhifəsi Rəsmi anime saytı Rəsmi videooyun saytı

Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2014-cü ilin anime serialları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2016-cı ilin manqaları