Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Məlikli oyk., sadə. Göyçayın sahilində, düzənlikdədir. Kənd məlikli nəslinin məskunlaşması nəticəsində yaranmışdır; Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, kəndi vaxtilə Məlik adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır;Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri