thumb Qaya sərçəsi (Petronia petronia) Sərçəkimilər dəstəsinə aid bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubunu, həmçinin Şimali Afrika-nı əhatə edir. Əsasən qayalıq ərazilərdə müşahidə olunur. Həm erkəyi, həm də dişisi görünüşcə ev sərçəsinə bənzəyir. Lakin, başının yanlarındakı sarımtıl-ağ zolağı və nisbətən iri dimdiyi ilə ondan fərqlənir. Ortalama uzunluğu 15-17 sm olan bu quşlar daha çox müxtəlif bitki toxumları, giləmeyvələr və bəzən də həşəratlarla qidalanırlar.
Kateqoriya:Avrasiya quşları Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar