Şurut körpüsü — Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi.
Haqqında 350px|thumb|right|Şurut körpüsünün qalıqları Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan: 2008
İstinadlar
Kateqoriya:Culfa rayonunun abidələri Kateqoriya:Azərbaycandakı körpülər