thumb|Ağsu rayonunun Gəgəli kəndi Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir.
Tərəkəmə Çərşənbəsi Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər.
2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir.
Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz XəlillidirAğsuda birinci Beynəlxalq “Tərəkəmə çərşənbəsi” folklor festivalı keçiriləcək . azertag.az, 17.01.2015 .
Bütün festivallar I festival I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdirI Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir . olaylar.az, 16.03.2015 .
II festival II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdırAğsuda II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı başlayıb VİDEO . azertag.az, 15.03.2016 . Festivalda 300-dən çox insan iştirak etmişdir. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan gələn nümayəndələr və folklor qrupları olmuşdur. II festival üç gün davam etmişdir.
III festival III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2018-ci il martın 19-da başlamışdırAğsuda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilir VİDEO . azertag.az, 15.03.2016 . Festivalda 500 nəfərə yaxın insan iştirak etmişdir. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Rusiya və İrandan gəlmiş nümayəndələr və folklor qrupları olmuşdur. III festival üç gün davam etmişdir.
IV festival IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 18-20 mart 2019-cu il tarixlərində keçiriləcəkdir.
Təşkilatçılar Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Dəstək verənlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Ağsu Rayon İcra Hakimiyyəti AMEA Folklor İnstitutu "Az-Granata" MMC "Allprint" MMC
Faydası Festivalın iştirakçıları müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxinin təamlarını dadmaq, qurşaq atmaq və başqa imkanlar əldə edirlər.
Festival çərçivəsində iştirakçılar Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində və Mehrəvan qalasında aşkar edilmiş arxeoloji tapıntılar, Gəgəli kəndində toxunan müxtəlif çeşidli palaz və kilimlərlə tanış olmaq imkanı əldə edirlər.
Əsas məqsəd Festivalın təşkilatçılarından biri olan "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əsas məqsədi Tərəkəmə Çərşənbəsi ənənəsinin YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınmasına nail olmaqdır.
İstinadlar
Kateqoriya:Azərbaycan festivalları Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Ağsu rayonu