Roko Blajeviç (; ) — Xorvatiya müğənnisi. O, Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazandıqdan sonra Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. Rokonun müsabiqədə ifa etdiyi mahnı "The Dream" adlanır.

Həyatı Roko Blajeviç 2000-ci ildə Xorvatiyanın Split şəhərində anadan olmuşdur. Onun anası Mariya Saratliya-Blajeviç də Roko kimi müğənnidir. Atası isə Rokodan fərqli olaraq klapa tərzinə üstünlük verən ifaçıdır. Onun qardaşı da gitara ifa edir.

Musiqi karyerası 2017-ci ilin iyul ayında Roko Serbiyanın Pinkove Zvezdice musiqi yarışmasında qələbə qazanmışdır. 2018-ci ilin dekabr ayında isə ifaçı Xorvatiyanın Zvijezde yarışmasında ikinci yerə layiq görülmüşdür. Roko Xorvatiyanın HRT telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turu olan Dora 2019-da Jak Hudekin bəstələdiyi "The Dream" mahnısı ilə iştirak etmiş və nəticədə yarışmada qalib gələrək, ölkəsini Tel-Əvivdə keçirilən müsabiqədə təmsil etmək hüququnu əldə etmişdir.

Diskoqrafiya Sinqllar Mahnı adı İl "The Dream" 2019

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Xorvatiya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları