Aqqtelek Milli Parkı (, ) — Şimali Macarıstanda, Aqqtelek Karst regionunda yerləşən milli park. Milli parkın ən əhəmiyyətli təbiət nümunələrinə xüsusi səth quruluşları və əhəngdaşı landşaftında olan mağaralar daxildir.

Coğrafiyası Milli park müxtəlif ölçüdə olan 280 mağaradan ibarətdir. Ümumi sahəsi 198,92 km² əhatə edir ki, bunun 39,22 km²-i xüsusi mühafizə edilir. Avropanın ən böyük stalaktit mağarası bu sahədə yerləşir: Baradla mağarası (26 km uzunluğundadır, 8 km hissəsi Slovakiyanın sərhədlərinə daxildir və Domiça adlanır). Mağaranın bəzi hissələrinin müxtəlif məqsədlər üçün istifadə olunur. Məsələn, Sülh mağarasında astma xəstəsi olan insanları müalicə etmək üçün sanatoriya fəaliyyət göstərir.

Tarixi Mağara haqqında ilk yazılı sənədlər 1579-cu ilə aiddir. 1920-ci ildən bəri bu mağara turistləri ən çox cəlb edən məkanlardan biri kimi tanınır. Aqqtelek milli parkı 1985-ci ildə yaradılmışdır. 1995-ci ildən Slovakiyanın Karst mağaraları ilə birlikdə Aqqtelek milli parkı YUNESKO-nun Dünya İrsinin bir hissəsi olmuşdur.

Faunası Aqqtelek milli parkında ləkəli salamandra, qusul atı, adi sar, Avropa çılpaqgözü, nəcib maral, adi vaşaq, adi canavar, çöldonuzu, kəkilli arıquşu, adi bonazi tetrası, adi balıqçıl, Maxaon (kəpənək) və s. kimi heyvanlara rast gəlmək mümkündür.

Şəkillər

İstinadlar

Xarici keçidlər Exploring The Parks: Hungary's Aggtelek National Park

Həmçinin bax Şimali Macar dağları

Kateqoriya:Macarıstan milli parkları Kateqoriya:1985-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Macarıstandakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II