Maykl Rays (; 25 oktyabr 1997, Hartlpul, İngiltərə) — İngiltərə müğənnisi. O, "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Bundan öncə Rays 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında qələbə qazanmışdır.

Musiqi karyerası

2014–2018: X Factor və All Together Now Maykl Rays 2014-cü ildə Böyük Britaniyanın X Factor yarışmasının 11-ci mövsümündə iştirak etmişdir. İlkin dinləmədə Vitni Hyustonun "I Look to You" mahnısını ifa edən Maykl növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən ifaçı yarımfinal mərhələsində münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.

Maykl 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında iştirak etmiş və nəticədə qələbə qazanmışdır.

2019–hazırda: Avroviziya Mahnı Müsabiqəsi 2019-cu ilin yanvar ayında Maykl Raysın Böyük Britaniyanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən altı müğənnidən biri olduğu elan olunmuşdur. Fevralda baş tutan seçim turunda Rays ifa etdiyi "Bigger than Us" mahnısı ilə ən çox səs toplayaraq, Böyük Britaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Bigger than Us" 2019

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:İngiltərə müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Birləşmiş Krallığın "Avroviziya" təmsilçiləri