Petrova Mariya Qriqoryevna () — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru.

Bioqrafiya 1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M. Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır.

1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür.

M. Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbiristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.

Xarici keçid Голос блокадного Ленинграда. Мария Петрова Могила М. Г. Петровой и Я. С. Николаева на Богословском кладбище Санкт-Петербурга

İstinadlar

Kateqoriya:SSRİ radio aparıcıları Kateqoriya:Radio diktorları Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri