() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 1-2 m olan koldur. Budaqları əyilmiş, üstü iynələrlə örtülmüşdür. Yarpaqların kənarları dişli, üstü tünd yaşıl, yumurtavaridir. Çiçəkləri ağ, tünd çəhrayı, çəhrayı-qırmızı rəngli, uzun (15-20 sm), düz süpürgələrdə yerləşir. Meyvələri qara, şarşəkilli, xırda (eni 9-13 mm), yeməlidir.
Ekologiyası Rütubətə, istiyə davamlıdır. Çay kənarında münbit torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması Böyük Qafqaz, Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Qida əhəmiyətlidir. Meyvəsindən mürəbbə, şərbət hazırlanır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
İstinadlar
Həmçinin bax