Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö () — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş.
İstifadəsi thumb|Rusiya çarı I Mixail tərəfindən istifadə edilən üçbaşlı qartal təsviri.
Dində Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir.
Folklorda Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib. Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır. Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur.
Heraldikada Üçbaşlı qartal fiquru "Moness kodeksi" ( 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin ( 1200–1248-ci illər) gerbində verilib. Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
Rusiya çarı I Mixailin skipetrı üçbaşlı qartal fiquru ilə bəzədilmişdi və dizaynın nümunələri Rusiya simvolikasında istifadə edilir.
Ədəbiyyatda 1911-ci ildə nəşr edilən "Lado" ədəbi antologiyasındakı ilk əsər Dimirti Verqunun "Slavyan qartalı" () poemasıdır. Bu poemada başların Rusiyanın yaranmasında böyük rolu olan üç irqi – qərbdəki varyaqlar, şərqdəki türklər və mərkəzdəki slavyanları simvollaşdırır.
İstinadlar
Həmçinin bax Qartal (heraldika) İkibaşlı qartal Qrifon Hippoqrif
Xarici keçidlər
Kateqoriya:Ədəbiyyatda heyvan personajları Kateqoriya:İncəsənətdə quşlar Kateqoriya:Rusiyanın dövlət rəmzləri Kateqoriya:Türkiyənin dövlət rəmzləri Kateqoriya:3 (ədəd)