Yalçın Mustafa oğlu Əlizadə () — 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor.
Həyatı Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır.
Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
Fəaliyyəti "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.
Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982–1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (Y. Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999–2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.
Yalçın müəllimin təşəbbüsü ilə "Azərbaycan" nəşriyyatında "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nın filialı, fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılmışdır. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalist, tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alim Yalçın Əlizadə həmçinin fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvüdür.
Tədris etdiyi fənlər Televiziya və radiojurnalistikasının əsasları Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi
Tədqiqat sahəsi Televiziya və radio jurnalistikası
Kitabları Muğanın mayakı. Bakı, 1961 Yer altında işıqlar. Bakı, 1972 Radiojurnalistikanın əsasları. Bakı, 1991 Azərbaycan efiri — tarix və müasirlik. (prof. Q. Məhərrəmli ilə həmmüəllif). Bakı, 2006 "Ədəbi redaktə" fənninin proqramı (bakalavr hazırlığı üçün) Bakı, 2012 Radio jurnalistikası:təməl biliklər. Elm və təhsil. Bakı, 2013 Zamanın rəngləri (məqalələr toplusu). Nurlan. Bakı, 2013
Məqalələri Qoşa qanadın uğuru. Bakı, 2005 Vaxtında və yerində deyilən söz. Bakı, 2005 İşıqlı ömür. Bakı, 2006 Jurnalistikaya həsr edilmiş ömür. Bakı, 2007 "Heydər Əliyev və mətbuat" dördcildliyində jurnalistikaya yeni baxış. Bakı, 2008 Nəsillərin həyat məktəbi. Bakı, 2008 Azərbaycanda ali jurnalistika təhsili- Azərbaycan mətbuat tarixi antologiyası. Bakı, 2011 Xeyirxah əməllər yolçusu (prof. N. Babayevin elmi-pedoqoji fəaliyyəti haqqında). Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2011 Jurnalistlərin unudulmaz müəllimləri (prof. T. Rüstəmovun biblioqrafiyasına ön söz). Bakı, 2011 Müasir jurnalistika təhsili: problemlərə baxış. "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi". I Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı, 2012 Nəsillərin həyat müəllimi. (Azərbaycan televiziyasının inkişaf tarixi), "Yeni medianın humanitar aspektləri" elmi-praktik konfransının materialları. Bakı, 2013 "Jurnalistikamızın vicdan səsi". "Jurnalistika – Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans materialları, Bakı, 2014
Haqqında Professor Şirməmməd Hüseynov:
Mükafatları 1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə 1966-cı ildə "Qızıl qələm" mükafatı laureatıdır. Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
2019-cu ildə Əlizadə Yalçın Mustafa oğlu Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
İstinadlar
Xarici keçidlər Qocaman jurnalist, pedaqoq Yalçın Əlizadə xatirə diplomu ilə təltif edilib BDU-da Jurnalistika fakültəsinə yeni dekan seçiləcək…
Kateqoriya:Bakı Dövlət Universitetinin professorları