Kameron adası () — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012).
Coğrafiya Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kameron adası 4 iri adadan təşkil olunmuş qrupda ən şimalda yerləşənidir — Aleksandr, Messi, Vane. Kameron adası Baterst adasından qərbdə yerləşir. Vane adasından Arnott boğazı ilə ayrılır (Arnott Strait). Boğazın eni 3,75 km-dir.
İqtisadiyyat Kameron adası Kanada Arktikasında neft hasil edilən ərazidir. 1985–1996-cı illərdə ikikorpuslu tankerlər Bent-Xorndən Monreala xam neft daşıyırdı. Burada cəmi 2,8 milyon barel (450 min m³) nerft daşınmışdır. Yataq 1974-cü ildə kəşf edilmişdir. Bu addım 1973-cü ildə neft böhranı ilə əlaqədar atılmışdır. Neft hasilatı 1996-cı ildə sərt arktik iqlim səbəbindən dayandırılmışdır.
İstinadlar
Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları