Əsgər Əsgərov () — Azərbaycan rəssamı.
Həyatı 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil almışdır. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində iştirak etmişdir. 1973-cü ildə Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak etmişdir. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir. Bakı Rəssamlıq Gimnaziyasında müəllim kimi çalışmışdır. 14 avqust 2017-ci ildə vəfat etmişdir.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:2017-ci ildə vəfat edənlər