Morjoves adası - Ağ dənizə daxil olan Mejen körfəzində yerləşən ada. İnzibati baxımından Arxangelsk vilayəti, Mejenski rayonu, Koyden kənd inzibati vahidliyinə daxildir. Coğrafiyası Ada Voronov burnundan 12 mil şimal-şərqdə, Konuşin burnundan isə 38 mil cənub-qərbdədir. Adanın sahəsi 110 км²-dir. Bununla belə dəniz tərəfindən yuyulması davam etdiyindən sahəsi azalır. Şimal-şərqində mayak və hidrometeoloji stansiya vardır (16 fevral 2018-ci ildə fəaliyyətini dayandırmışdır). Şərq və cənub-şərq sahillərinə yaxın Morjovskie koşki adlı dayazlıq vardır.
Ərazisində tundra bitkiləri yayılmışdır. Axar və gölləri vardır. Əsasən qumlu-gilli suxurlardan təşkil olumnmuşdur. Dairəvi forrmaya malikdir.
Adanın tarixi 22 iyul 1941-ci ildə Morjoves adasında 13 nömrəli artilleriya batareyası var idi - dörd 180 mm artilleriya qurğusu.
İstinadlar
Mənbə СЕВЕРНАЯ ЧАСТЬ БЕЛОГО МОРЯ С МЕЗЕНСКИМ ЗАЛИВОМ
Xəritələr Morjoves. Yandex xəritələr Topoqrafik xəritə Q-38-07_08
Kateqoriya:Ağ dəniz adaları Kateqoriya:Arxangelsk vilayəti adaları