() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür.
Yayılması Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar. Əsasən Sumatra və Borneo adalarında rastlanılırlar. Sumatra samurları bataqlıqlaşmış meşələrdə, çayların aşağı çaxarlarında, manqrov meşələrində, dəniz səviyyəsindən 300 metrə qədər olan ərazilərdə yayılırlar.
Qidalanması Taylandın cənubunda yayılmış samurların qidasının 85,5 % balıq, yedə qalanı isə su ilanları, kərtənkələlər, su tısbağaları, xırda məməlilər və böcəklər təşkil edir.
Çoxalması Boğazlıq dövrü 2 ay davam edir. Mekonq deltası rayonunda balalar əsasən noyabr-dekabr ayları doğulur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar