«Huun-Huur-Tu» (, Khün Khürtü; ; ; ) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu.
Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Tarix Qrup 1992-ci ildə eyniadlı çayın şərəfinə «Kunggurtug» (, [ˈkuŋ.ɡur.tuk]; ) adı ilə Kayqal-ool Xovalıq, Aleksandr Bapa, Sayan Bapa və Albert Kuvezin tərəfindən yaradılmışdır. Xovalıq xoomey musiqisi ilə 1979-cu ildən bəri yaxından maraqlanırdı. Daha sonra qrupun adı «Huun-Huur-Tu» () olaraq dəyişdirilmişdir. Onların musiqiləri Tıva xalq mahnılarına əsaslanırdı və tez-tez Tıvada atçılığı təsvir edən surətlərdən istifadə edirdilər.
Ansambl ilk musiqi albomunu «60 Horses In My Herd» () 1993-cü ildə buraxmışdır. Albomun səsyazma prosesi Londonda və Kaliforniyadakı Mill-Velli şəhərində gerçəkləşmişdir. Qrupun yaradıcılarından biri olan Albert Kuvezin daha sonra «Yat-Kha» musiqi qrupunu təsis etmək üçün qrupu tərk etmişdir. Onun yerinə qrupa əvvəllər Xovalıq və Konqar-ool Ondar ilə işləmiş Anatoli Kuular daxil olmuşdur. 1994-cü ildə buraxılan ikinci musiqi albomları «The Orphan's Lament»in () səsyazma prosesi Nyu-York və Moskva şəhərlərində gerçəkləşmişdir.
İlk iki albomun hazırlanmasında səyi olan Aleksandr Bapa 1995-ci ildə qrupu tərk etmişdir. Onun yerinə qrupa əvvəllər Rusiya dövlət ansamblı olan «Sibir suveniri»ndə () çalışmış Aleksey Sarıqlar gəlmişdir. 1997-ci ildə buraxılan üçüncü albom «If I'd Been Born An Eagle»ın () səsyazma prosesi Niderlandda gerçəkləşmişdir.
1999-cu ilin əvvəllərində qrup dördüncü albomunu – «Where Young Grass Grows» () musiqi albomunu buraxmışdır. Bu albomda ilk dəfə arfa, tabla, Şotlandiya smallpaypı və sintezator kimi qeyri-Tıva (gitara istisna olmaqla) musiqi alətindən istifadə edilmişdir.
Anatoli Kuular 2003-cü ildə qrupu tərk etmiş, onun yerinə isə qrupa əvvəllər Tıva xalq musiqisi üzrə müəllim olmuş Andrey Monquş daxil olmuşdur. Monquş qrupda sadəcə iki il fəaliyyət göstərmişdir. 2005-ci ildə keçmiş «Yat-Kha» üzvü olan Radik Tülüş qrupa daxil olmuşdur.
Üzvlər
Kollaborasiya Qrup təsis ediləndən bəri «Huun-Huur-Tu» Frenk Zappa, Conni Uatson, «Kodō», Moskva İncəsənət Triosu, Kronos-kvartet, «The Chieftains» və «Angelite» müxtəlif janrlarda çıxış edən çoxlu musiqiçi və musiqi qrupu ilə kollaborasiya etmişdir. Qrupun «Eternal» () mahnısı yeraltı elektronik musiqiçi Karmen Risso ilə birlikdə yazılmışdı. Musiqi qrupu Nyu-York əsaslı blüz qrupu olan «Hazmat Modine»nin debüt albomu – «Bahamut»un üç mahnısında əməkdaşlıq etmişdi.
Qəbul «Huun-Huur-Tu» demək olar ki, dünyanın ən məşhur Tıva musiqi qrupudur. Artemi Troitski müəllifi olduğu kitabda «Huun-Huur-Tu» musiqi qrupunu və Dmitri Pokrovski ansamblını “Rusiyadakı folk musiqinin yeganə iki gerçək ulduzu” adlandırmışdır. «Oqonyok» jurnalı qrupu “dünyanın ən məşhur Rusiya musiqi qrupu” hesab etmişdir. «Muzıkalnaya jizn» jurnalı qrupun üzvlərinin “etnomarafonun təkzibedilməz rəhbərləri” olduğunu yazmışdır.
Populyar mədəniyyətdə «Huun-Huur-Tu» musiqi qrupunun üzvü olan Radik Tülüş qrupun yazdığı «Osku Urug» mahnısı ilə ABŞ teleserialı olan "Farqo"nun üçüncü mövsümünün «Vakant Yerlərin qanunu» epizodunda rol almışdır.
Diskoqrafiya Solo 1993 — «60 Horses In My Herd» () 1994 — «The Orphan’s Lament» () 1997 — «If I’d Been Born An Eagle» () 1999 — «Where Young Grass Grows» () 2001 — «Live 1» (; «Best Live», ) 2002 — «Live 2» (; «More Live», () 2003 — «Spirits from Tuva» () 2010 — «Ancestors Call» ()
Kollaborasiya 1996 — «Fly, Fly My Sadness» (; «Angelite» ansamblı ilə) 1998 — «Mountain Tale» (; «Angelite» ansamblı və Moskva İncəsənət Triosu ilə) 2002 — «Huun-Huur-Tu & Malerija» (remiks albomu) 2004 — «Altai Sayan Tandy-Uula» (; Andrey Samsonov ilə) 2008 — «Mother-Earth! Father-Sky!» (; Saymxo Namçılak ilə) 2009 — «Eternal» (; Karmen Risso ilə) 2010 — «Legend» (; «Angelite» ansamblı və Moskva İncəsənət Triosu ilə)
Qalereya
İstinadlar
Xarici keçidlər
– Zvuki.ru saytında.
Kateqoriya:Rusiya musiqi qrupları Kateqoriya:Xalq musiqi qrupları Kateqoriya:1992-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Qırtlaq musiqisi Kateqoriya:Xoomey Kateqoriya:Kvartetlər