Bavariyalı Qizela () və ya Müqəddəs Qizela (; ) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) olunmuşdur.

Həyatı Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur.

1038-ci ildə kral I Stefanın vəfat edir. Kralın ölümündən sonra 1046-cı ildə Qizela, onun xidmətçiləri və bir qisim bavariyalı Macarıstanı tərk edərək Bavariyaya qayıtmış, burada o Niederburq monastrına qoşularaq rahibə olmuşdur. Həyatının sonuna qədər- 1065-ci ilə qədər monastrda qalmış, burada da vəfat etmişdir.

Müqəddəs elan edilməsi left|thumb|263x263px XVIII əsrdə Qizelanın müqəddəs elan edilməsi məsələsi ortaya atılsa da, bu proses 1975-ci ildə baş tutmuşdur. Onun xatirə günləri 7 may və 1 fevral tarixləridir . Qizela və yoldaşı kral I Stefan ayrı-ayrılıqda dəfn edilmişdir. 1996-cı il may ayının 4-də I Stefanın sağ əlinin qalıqları qorunmuş və Qizelanın qol sümüyü ilə bir yerdə Vesprem muzeyinə göndərilmişdir . Günümüzdə də burada sərgilənməkdədir. Onun məzarı ən çox ziyarət edilən müqəddəs yerlərdən biri hesab edilir.

İstinadlar

Kateqoriya:Xristianlıq Kateqoriya:Bavariya tarixi