Antal Serb (; ) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (, 1934) və Səyyah və ay işığı (, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır.ANTAL SZERB
Həyatı 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur.
1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Təhsili Budapeşt Universitetində alman və ingilis ədəbiyyatı üzrə təhsil almağa başlamış və 1924-cü ildə elə burada doktarantura təhsilini də başa vurmuşdur.
Yaradıcılığı Yazıçılığa hələ 1921-ci ildə tələbə olarkən başlamışdır. Bu dövrdə Nyugat jurnalında şerlər və hekayələri nəşr edilmişdir.
1924–1929-cu illərdə tez-tez İtaliya və Fransaya gedərək ilk kitabı olan "Az angol irodalom kistükre" (İngilis ədəbiyyatının əsas xətləri, 1929) adlı əsərini yazmışdır. 1929–1930-cu illərdə İngiltərədə yaşamışdır.
Alim, redaktor və yazıçı olaraq qısa müddətdə tanınan Antal Serb 1933-cü ildə Macar Ədəbiyyat Akademiyasının rəhbəri seçilmiş və ondan sonrakı il "A magyar irodalom története" (Macar ədəbiyyatının tarixi, 1934) adlı əsərini nəşr etdirmişdir. Eyni il ilk romanı olan A Pendragon legendanı (Pendangron mifi, 1934) da nəşr etdirmişdir. Britaniya muzeyində başlayan detektivlik hekayəsi ilə mədəniyyət tarixinin birləşimi olan bu əsər onun İngiltərədə keçirdiyi ilin izlərini daşıyırdı.
İki dünya müharibəsi arasında qələmə aldığı ən mühüm modernist yazılardan biri olaraq qəbul edilən "Utas és holdvilág" (Səyyah və ay işığı) adlı romanını 1937-ci ildə nəçr etdirmişdir.
1941-ci ildə üç cildlik "A világirodalom története" (Dünya ədəbiyyatı tarixi) adlı əsərini nəşr etdirmişdir.History of World Literature "VII Oliver" adlı romanı isə o dövrdə yəhudinin kitabını nəşr etdirmək qadağan olduğu üçün ingiliscədən tərcümə edilmiş kimi göstərilərək nəşr etdirilmişdir.
1937-ci ildə Szeged Universitetinin Ədəbiyyat professoru adını qazanmışdır.
Tərcüməçiliyi Anatol Fransın, P.G.Vuudhausun, Hayg Valpolenin müxtəlif əsərlərini ingilis, fransız və alman dillərindən macar dilinə tərcümə etmişdir.
Əsərləri A magyar újromantikus dráma, 1927 Az udvari ember, 1927 William Blake, 1928 Az angol irodalom kis tükre, 1929 Az ihletett költo, 1929 Magyar preromantika, 1929 Vörösmarty-tanulmányok, 1929 Cynthia, 1932 Madelon, az eb, 1934 A magyar irodalomtörténet, 1934 A Pendragon legenda, 1934 Szerelem a palackban, 1935 Utas és holdvilág, 1937 A világirodalom története, 1941 Hétköznapok és csodák, 1942 A királyné nyaklánca, 1943 Száz vers, 1943–1944
Ölümü 1944-cü ildə Macarıstanın Almaniya işğalına məruz qalmasından sonra ailə keçmişinə görə universitetdəki vəzifəsindən alınmış, kitabları qadağan edilmiş və Balf həbs düşərgəsinə gönədrilmişdi. Orada Sovet tanklarının keçməsinə mane olmaq üçün qazılan xəndəklərin qazı işlərində işlədilmişdir. Heyranları ona düşərgədən qaçırmağı təklif etsələr də, o, bunu rədd etmişdir. Buna səbəb kimi ədəbiyyat tarixçisi Qabor Halaszın və yazıçı Qyorgy Sarkozinin bu düşərgədə qalmasını və bunu öz vicdanına sığışdıra bilməyəcəyini göstərmişdir.
1945-ci ilin 30 yanvarında elə həmin düşərgədə edam edilmişdir.
İrsi Ölümündən iki il sonra öldürüldüyü qəsəbədə xatirəsinə heykəl qoyulmuşdur. Əsərləri ölümündən sonra yenidən dəfələrlə nəşr edilmişdir.
Mükafatları 1935-ci ildə Macarıstanın ən mühüm ədəbiyyat mükafatlarından biri olan Baumgarten mükafatını qazanmışdır. 1937-ci ildə ikinci dəfə Baumgarten mükafatını qazanmışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Macar yazıçılar Kateqoriya:Professorlar Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri