Afrika siveti () — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ.
Təsviri Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir. Xəzinin əsas rəngləri — sarı-boz, üzərində isə tünd qonur ləkələr vardır. Quyruğundakı xəz isə daha sıxdır. Quyruq nahiyyəsində 5 qara qalqavari zolaq vardır. Quyruğun özü isə tünd qonur sonluqla bitir. Afrika sivetlərinin orta uzunluqları 65 sm-doir. quyruqlarınin uzunluğu isə 30 sm-dir. Hündürlükləri 25-30 sm arasında dəyişir. left|thumb
Qapalı şəraitdə ancaq qəfəslərdə saxlanılır. Əgər erkən çağlarında tutulmuşdursa, asanlıqla əhliləşə bilir.
Yayılması Afrikada Böyük Səhranın cənub sərhəddindən qitənin cənubu istisna geniş ərazidə yayılmışdır.
Yarımnövləri Afrika sivetinin (Civettictis civetta) 6 yarımnövü vardırCivettictis civetta в книге Wilson D. E. & Reeder D. M. (editors). 2005. Mammal Species of the World. A Taxonomic and Geographic Reference (3rd ed.). — Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.) ISBN 978-0-8018-8221-0 : C. c. civetta C. c. australis C. c. congica C. c. pauli C. c. schwarzi C. c. volkmanni
Qalereya
İstinadlar
Kateqoriya:Afrika məməliləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Afrika yırtıcıları