Buğra Atsız () — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur.
Həyatı 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur.
Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanadada yaşayır.
Təhsili İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur.
Ailəsi Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur. 2 övladı vardır: Çiftçioğlu Aydolu Atsız, Maya Atsız. Bir nəvəsi vardır.
Fəaliyyəti 1997–1998-ci illərdə Çanaqqala On Səkkiz Mart Universitetində işləmişdir. Hüquqşünas Hənifi Altaşın nəşr etdirdiyi Yeni Həyat jurnalı və Ünal Yaltırıqın nəşr etdirdiyi Maya jurnalında məqalələri yayımlanmışdır.
Elmi fəaliyyətlə məşğuldur. Türkologiya sahəsində bir necə elmi əsərlər yazmışdır:
Buğra Atsız, "Mülhimenâme." Islamkundliche Abhandlungen, Beitraege zur Kenntnis Suedosteuropas und des Nahen Orients, Band XVII, Dr. R. Trofenik, Münhen, 1974. Buğra Atsız, Das Osmanische Reich um die Mitte des 17. Jahrhunderts : nach den Chroniken des Vecihi (1637–1660) und des Mehmed Halifa (1633–1660), Münhen, 1977
Türkçü düşüncələri Atası Nihal Atsız türk millətçiliyinin çox məşhur ideoloqlarından biri olmuşdur. Buğra Atsız böyük qardaşı Yağmur Atsızın əksinə olaraq atası kimi Türkçü və Turançıdır. Buğra Atsız, həmçinin Atatürkçülüyə güclü bağlılığı ilə tanınır. Mətbuatda və məqalələrində tez-tez bu barədə çıxışlar edir.
2017-ci ildəki Türkçülük günü ilə bağlı Nihal Atsızın məzarı başında oxunması üçün göndərdiyi məktubu:
Həmçinin bax Nihal Atsız Yağmur Atsız Nejdət Sançar Türkçülük
İstinadlar
Kateqoriya:Anadolu türkləri Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Türkoloqlar Kateqoriya:Atsız ailəsi Kateqoriya:Türk milliyətçiliyi Kateqoriya:Türkiyə milliyyətçiləri