Asiya porsuğuAsiya porsuğu () — Yırtıcılar dəstəsinə aid olan heyvan növü. Əsasən Rusiya (Volqadan Cənubi Sibirə qədəre ki ərazilər), Orta Asiya, Monqolustan, Çin və Koreya yarımadası ərazisində yayılmışdır.

Həyat tərzi baxımında Asiya porsuqları Avropa porsuqları ilə eyni olsa da, rəng və ölçü baxımından kəskin şəkildə fərqlənirlər. Əsasən meşə zonasında rastlanılır. Ancaq tayqa çölləri və yarımsəhralarda da rastlanılır. Asiya porsuğu gecə həyat tərzi keçirir. Bitkilər, omurgasızlar, kiçik gəmiricilər, sürünənlər və kirpilərlə qidalanırlar. Dərin və mürəkkəb quruluşa malik dəliklər qazanırlar. Uzun sürən boğazlıq dövründən sonra (450 günə qədər) dişi 6 bala verir. Şimal ərazilərində Asiya porsuqları qış yuxusuna gedir.

Asiya və avropa porsuqlarının yayılma arealının kəsişdiyi ərazilərdə hibritləşmə baş verir.

İstinadlar

Kateqoriya:Asiya məməliləri Kateqoriya:1847-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər