Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Xalxal, Naxçıvan rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015–2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018–2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən)https://www.adpu.edu.az/az/professor-mahirae-huseynova-adpu-nun-beynaelkhalg-aelagaelaer-uzrae-prorektoru-taeyin-olunub

Həyatı Mahirə Hüseynova 4 noyabr 1960‑cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Xalxal kəndində anadan olub. 1968-ci ildə Xalxal kəndindəki səkkizillik orta məktəbin birinci sinfinə daxil olub. Yaşayış yerinin dəyişməsi səbəbindən 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zaman V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitut) filologiya fakültəsinə qəbul olub və 1984-cü ildə bu institutu fərqlənmə diplomu ilə bitirib.

1984-cü ildən təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbdə, sonra Bakı şəhəri Nərimanov rayonu 43 saylı MLK-da ixtisası üzrə müəllim vəzifəsində çalışıb. Bu illərdə Təhsil Nazirliyi onu "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" Fəxri Fərmanı ilə təltif edib. 2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub və I dərəcəli diplom alıb. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında fəaliyyətə başlayıb. 2012-ci ilin yanvar ayında "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri" mövzusunda dissertasiya müdafiə edib, 2013-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabr ayında həmin kafedranın müdiri vəzifəsinə seçilib. 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "XIX‑XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)" mövzusunda dissertasiya müdafiə edib, həmin ilin 12 iyul tarixində filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 2018–2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 2019-cu ildə ona professor elmi adı verilib. 2021-ci ilin aprelində Təhsil nazirinin əmri ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. Son illər professor Mahirə Hüseynova Almaniya, Danimarka, Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Kazana işgüzar səfərlər edərək görüşlər keçirib, beynəlxalq təlim, konfrans, layihələrdə iştirak edib. Türkiyə, Özbəkistan və başqa ölkələrdə onun kitablarının təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şəki filialları, Türkiyə, Özbəkistan universitetlərində alim-şair Mahirə Nağıqızı ilə professor-müəllim heyətinin və tələbələrin görüşləri təşkil olunub.

Dövlət qurumlarında apardığı vəzifələr 29 dekabr 2024-cü ildə Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibinə daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri və pedaqogika üzrə Ekspert Şurasının sədridir.https://filologiya.az/index.php/component/content/article/33-xeberler/600-adpu-nun-beyn-lxalq-laq-l-r-uezr-prorektoru-az-rbaycan-respublikas-n-n-prezidenti-yan-nda-ali-attestasiya-komissiyas-filologiya-elml-ri-v-pedaqogika

Tədqiqat sahələri Mahirə Hüseynovanın əsas tədqiqat sahələrinə aşağıdakılar daxildir:

Türkologiya Azərbaycan dialektologiyası Müasir Azərbaycan dili Azərbaycan dilinin üslubiyyatı

Təltif və mükafatları 19 mart 2024-cü il – "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. 2003-cü il – "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplomla təltif olunub. 2003-cü il – "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2018-ci il – "İlin Alimi" media mükafatı laureatı olub. 4 noyabr 2020-ci il – Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi tərəfindən "Milli ordu-100" medalı ilə təltif olunub. 2021-ci il – "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2021-ci il –"Səməd Behrəngi" Beynəlxalq mükafatına layiq görülüb. 12 yanvar 2024-cü il – Türkiyə BZT Turan Akademiyasının Fəxri doktoru seçilib. 30 yanvar 2024-cü il – Naxçıvan Dövlət Universitetinin Fəxri professoru seçilib. 2 fevral 2024-cü il – Özbəkistan Respublikasının Kokand Dövlət Universiteti tərəfindən Fəxri diplomla təltif olunub. 7 fevral 2024-cü ildə keçirilən Prezident seçkilərində təbliğat-təşviqat kompaniyasının fəal üzvü olduğuna görə YAP tərəfindən təşəkkürnamə ilə təltif olunub. 16 aprel 2024-cü il – Dünya Söz Akademiyasının Fəxri akademik üzvü seçilib. 31 avqust 2024-cü il – Beynəlxalq Elmlər Akademiyasının Fəxri akademiki seçilib və döş nişanı ilə təltif olunub. 2024-cü il – Özbəkistan Respublikasının Mamun Universitetinin Fəxri professoru seçilib. 30 sentyabr 2024-cü il – Özbəkistan Respublikasının Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin Fəxri professoru seçilib. 27 sentyabr 2024-cü il – Özbəkistan Respublikasının Cizzax Dövlət Pedaqoji Universitetinin Fəxri professoru seçilib. 24 aprel 2025-ci il – Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif olunub. 2025-ci il – Dədə Ələsgər Ocağı İctimai Birliyinin Fəxri diplomu ilə təltif olunub. 18 may 2025-ci il — Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin Fəxri professoru seçilib. 17 sentyabr 2025-ci il — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Fəxri Fərmanla təltif olunub. 2025-ci il — Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Fəxri Fərmanla təltif olunub. 20 oktyabr 2025-ci il — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 31 oktyabr 2025-ci il — Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub. 03 oktyabr 2025-ci il — AMEA Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru adına layiq görülüb. 04 noyabr 2025-ci il — ADPU-nun rektoru, professor Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif olunub. 2025-ci il — "Yazarlar" jurnalı tərəfindən "Alqışnamə" mükafatı və medalla təltif olunub. 2025-ci il — Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. 2025-ci il — Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub. 2025-ci il — Türk Ocaqları Dərnəyi Bursa Şöbəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub. 2025-ci il — İstanbul Türk Ocağı tərəfindən təşəkkürnamə ilə təltif olunub. 2025-ci il — YAP Qaradağ rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. 2025-ci il — "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 2026-cı il — Azərbaycan Milli Elmlər Akademiyasının döş nişanı ilə təltif olunub. 23 aprel 2026-cı il — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı tərəfindən Fəxri diplomla təltif olunub. 2026-cı il — Türkiyə Respublikası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib. 2026-cı il — Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib və təşkilatın üzvü seçilib. 2026-cı il — Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2026-cı il — Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən dünya elminin və təhsilinin inkişafına verdiyi töhfələrə görə "Qotfrid Vilhelm Leybnits" medalı ilə təltif olunub. 2026-cı il — Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Dinara Jumabayeva tərəfindən Çingiz Aytmatov adına medalla təltif edilib.

İctimai fəaliyyəti Professor Mahirə Hüseynova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.https://example.com/yazicilar-birliyi O, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayon icmasının sədri kimi fəaliyyət göstərir. Həmçinin "Turan üçün Birləşmiş Ziyalılar Təşkilatı"nın nəzdində fəaliyyət göstərən BZT Turan Akademiyasının Fəxri Komitəsinin sədridir. Mahirə Hüseynova həm də Monitorinq TV internet televiziyasının rəhbəridir. 2025-ci ildə BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib. 2026-cı ilin aprel ayından Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.

Təsisçisi, redaksiya heyətinin üzvü, baş redaktoru olduğu qəzet və jurnallar "Filologiya və pedaqogika: Elmi araşdırmalar" beynəlxalq elmi jurnalının təsisçisidir.

"Mahmud Kaşğarlı" jurnalının təsisçisi və baş redaktorudur.https://globalinfo.az/mahmud-kasgarliya-hesr-olunmus-beynelxalq-konfrans-kecirildi-fotolar/ "Türkologiya" jurnalının redaksiya heyətinin üzvüdür.https://science.gov.az/az/news/open/19458 "Euroasia Journal of Social Sciences & Humanities" jurnalının redaksiya heyətinin üzvüdür. "Azərbaycan dili və ədəbiyyatın tədrisi" jurnalının redaksiya şurasının üzvüdür. BDU-nun nəşr etdirdiyi "Türk filologiyası" jurnalının redaksiya heyətinin üzvüdür. "İz" jurnalının baş redaktorudur. "Elmi iş" jurnalının redaktorudur. "Filoloq" qəzetinin təsisçisidir. "Yurdun səsi" qəzetinin təsisçisi və baş redaktorudur. "Gənc Müəllimlər" qəzetinin redaksiya heyətinin üzvüdür.

Seçilmiş elmi əsərləri XIX–XX centuries, language and style features of the ashik and folk poets creativity (according to Daralayaz region of the Western Azerbaijan). Papers on Language and Literature. A Journal for Scholars and Critics of Language and Literature, USA, Southern Illinois University, Vol. 23, 2016, s. 112–118.

О происхождении названий некоторых азербайджанских блюд и напитков. British Journal for Social and Economic Research, Vol. 3, issue 2, 2018, s. 5–10.

Folklor mətnlərində əvəzliyin üslubi imkanları. Filologiya məsələləri, Bakı, AMEA, № 1, 2018, s. 160–165.

Qərbi Azərbaycan paleotoponimləri Azərbaycan türkünün etnoyaddaşın ən möhtəşəm abidəsi kimi. Linqvistika problemləri beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 4, № 3, 2023, s. 12–24.

Azərbaycan ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyası prosesində universitet və kolleclərin filoloji fakültələrində linqvistik kateqoriyalara paradiqmatik yanaşma üsulunun tətbiqi. Linqvistika problemləri beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 4, № 4, 2023, s. 13–22.

İndiki Ermənistanda türk-Azərbaycan mənşəli toponimlərin paralelləri. Linqvistika problemləri beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 4, № 5, 2023, s. 14–22.

İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri. Endless Light in Science, Almata, 2023, s. 905–910.

Qərbi Azərbaycanın türkmənşəli toponimlərində paleodialekt və şivə elementlərinin linqvistik xüsusiyyətləri. Endless Light in Science, Almata, 2023, s. 320–324.

Ali məktəblərin Azərbaycan dili təliminə müasir texnologiyanın tətbiqi əhəmiyyəti. Filologiya və pedaqogika: Elmi araşdırmalar beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 1, № 1, 2024, s. 192–198.

Toponimlər xalqın tarixi ünvanıdır. Filologiya və pedaqogika: Elmi araşdırmalar, beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 1, № 2, 2024, s. 16–25.

Qədim-türk Azərbaycan ruhunu özündə yaşadan Dərələyəz toponimləri. Filologiya və pedaqogika: Elmi araşdırmalar beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 1, № 3, 2024, s. 30–37.

Ermənilərin Dərələyəz mahalında ölü kəndlərə çevirdikləri coğrafi adlarımız əbədiyyət tariximizdir. Filologiya və pedaqogika: Elmi araşdırmalar beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 1, № 4, 2024, s. 15–23.

Universitet və kolleclərin filoloji fakültələrində Azərbaycan dili təlimində tekstoloji metodun tətbiqi. Filologiya və pedaqogika: Elmi araşdırmalar beynəlxalq elmi jurnal, Bakı, ADPU, cild 1, № 5, 2024, s. 15–21.