Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; ) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yeni rəhbəri, Milli Məclisin VII çağırış deputatı..
Həyatı Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.
1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.
2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI . infocenter.gov.az20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ . infocenter.gov.az.
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudurAZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ 9 aprel 2012-ci il tarixli, 230/3 nömrəli QƏRARI . audit.gov.az.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Ailəsi Ailəlidir, dörd övladı var.
Mükafatları "Müqəddəs Georgi" ordeni; "Rəsul Rza" mükafatıƏli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olunub . milletinsesi.info, 12.11.2018.
Əsərləri "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)26 fevral 2018-ci il tarixdə Quba "Şahdağ" hotelində Əlibala Məhərrəmzadənin "Xocalı Soyqırımı" kitabının təqdimatı olmuşdur. quba-ih.gov.az, 26.02.2018Xocalı soyqırımı . ebooks.az. Bakı: "Adiloğlu", 2011; "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası"Ukraynada "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı keçirilib (FOTO) . trend.az, 24.12.2010. Bakı: "Araz", 2011; "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi"; "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovun birgə yazdımışdırS. Əsgərli. Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti", 26 noyabr 2010, səh. 4. anl.az). Bakı: "Adiloğlu", 2010; "Mələyin təbəssümü"; "Bakı üçbucağı" (rus dilində dərc edilən bu detektiv əsər Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplamışdır); "Çovdar çörəyi" (roman)Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu . moderator.az, 12.11.2018"Çovdar çörəyi" — yazıçı Əlibala Məhərrəmzadənin yeni romanı belə adlanır . azertag.az, 10.11.2018; "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri).
İstinadlar
Kateqoriya:Qubada doğulanlar Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları