Mehmet Cahid Turxan (; ) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən)caspianinnovation.az .
Həyatı Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində doğulmuşdur.
Təhsili 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdurMehmet Cahit Turhan kimdir? Mehmet Cahit Turhan Danıştay üyesi oldu! sozcu.com.tr, 02.10.2015 .
1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir.
Fəaliyyəti Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir.
2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
O, 9 iyul 2018-ci il tarixində Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri təyin olunmuşdur.
İstinadlar
Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:Türkiyə mühəndisləri