Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, ; ) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir.
Adı Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dəri dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir.
Məskunlaşması 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır. Onların tacik adlandırılmasına baxmayaraq, danışdıqları dil tacik dili deyil. əsrin əvvəllərində yaşamış səyyahlar onları sarıqollar,A Journey of Geographical and Archarological Exploration in Chinese Turkestan A Stein – 1904 – [sn] ... 15,800 feet above the sea, into Chinese territory on the Taghdumbash Pamir, using the yaks of the Sarikoli herdsmen...The Heart of a Continent – Younghusband – ...an encampment belonging to a Sarikoli, who very kindly asked me to have some refreshment... (pg 242) dağ tacikləri və ya ğalçalar adlandırıblar.
Tarix Taşkurqan qəsəbəsi Pamir dağlarında yerləşən Sarıqol krallığının () paytaxtı olmuşdur.
Tzin sülaləsi Tzin sülaləsinin hakimiyyəti dövründə taciklər bütün Sincanda olduğu kimi bəylər tərəfindən idarə olunurdu. Bu dövrdə çinlilər Taşkurqan-Tacik Muxtar Qəzasının cənub-qərbində yerləşən Taşkurqan vadisində süzerenlik elan etdilər, ancaq yerlilərə xərac qarşılığında vilayəti idarə etmək hüququ verdilər.
Sincan tacikləri quldarlıqla məşğul olurdular. İtaətkar qullara arvad və ev verilirdi. Onlar mülk hesab edilirdi istənilən zaman satılırdı. Onların qul mənbəyi müxtəıif yerlərdən gəlirdi. Bunlara qərbdəki sünni qırğızlar və ya cənubdakı Kuncud, Gilgit və Çitral vilayətlərinin yerliləri aiddir. Sünnilər onları razifilər adlandırırdılar və onları müsəlman hesab etmirdilər. Sincandakı əcnəbi qulların əksəriyyəti şiə taciklər idi. Regiondakı sünni türklər onlara Ğalça deyirdilər. Türklər daha çox şiə qulları satın alırdı.
1902-ci ilin yanvar ayında Qaşqar şəhərində rusiyalı 3 kazak zabiti və bir kuryer yerli bir uyğur fahişəsini öz masalarına dəvət etdikdən sonra böyük bir dava baş vermişdi. Bu davadan sonra regionda Rusiya əleyhinə mitinqlər keçirildi.
Mitinqdən sonra ruslar Sarıqola əsgər göndərmişdir. Yerlilər rusların qəzanı işğal edəcəyinə inanırdı. Rus zabitlər bəyləri öz tərəflərinə çəkməyə çalışsalar da, onlar bunda uğursuz olmuşdular.
Çin Xalq Respublikası 1940-cı illərdə Sincanda təxminən 9,000 tacik yaşayırdı.
İli üsyanı zamanı uyğur inqilabçılar cənuba irəliləyərkən taciklərin mal-qarasını məcburi olaraq almışdılar. Buna əlavə olaraq, SSRİ tərəfindən dəstəklənən uyğurlar regiondakı taciklərə və qırğızlara hücum edirdilər.
Dil Çində taciklərin dilinin yazılış forması yoxdur. Onların əksəriyyəti sarıqol dilində danışırlar. Onların kiçik bir hissəsi vaxan dilində danışır. Sarıqol və dilləri İran dilləri linqvistik ailəsinin bir parçasıdır.
İstinadlar
Xarici keçidlər Tacik etnik azlığı — Çin hökumət saytında
Kateqoriya:Taciklər Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Sincan-Uyğur Muxtar Rayonu Kateqoriya:İran şəxsləri