thumb|Pansori nümayişi. Cənubi Koreya, Busan

Pansori ( — phansori) — müğənni ilə davulçü tərəfindən ifa edilən Koreya musiqili nağılbazlıq janrı.

Cənubi Koreya hakimiyyəti pansori müğənniləri yaşayan milli xəzinə olduğunu sayır.Jang, Yeonok (2013). Korean P'ansori Singing Tradition: Development, Authenticity, and Performance History. Scarecrow Press. ISBN 0810884623. pp. 3–4, 126–129. 2003-cü ildə o, UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.

Etimologiya Pansori sözü phan () və sori () sözlərdən ibarətdir. Phan sözünün müxtəlif mənaları var və tədqiqatçılar onun bu sözdə nə məna daşıdığı haqqında razılıqda deillər. Mənalardan biri toplaşmadır, başqası isə fərqli tonlarda bəstələnən mahnıdır. Sori sözü isə səs demək.

Tarix Pansori əsli XVII əsrdən (Coson krallığı dövrü) gəlir. İnanılır ki, ən ərkən pansori ifaçıları şamanlar ilə küçə artistləri, izləyiciləri isə aşağı sinif insanlar idilər.Um, Haekyung (2013). Korean Musical Drama: P'ansori and the Making of Tradition in Modernity. Ashgate Publishing. ISBN 0754662764. pp. 33–39 Koreya yarımadanın hansı hissəsindən gəldiyini bilinmir, halbuki onun inkişafı Honam bölgəsində baş verirdi.Kim, Kee Hyung (2008). "History of Pansori". In Yi, Yong-shik. Pansori. The National Center for Korean Traditional Performing Arts. ISBN 9788985952101. p. 3–4

İnanılır ki, təxminən XVIII əsrin ortasında, pansori artıq cəmiyyətin yuxarı siniflərin tərəfindən də qəbul ounmuşdu. Bunun sübutlarından biri odur ki, yanban sinfindən olan Yu Cin Han 1754-cü ildə Honamda ifa olunan məşhur Çunhyanga pansorinin mətnini yazdırıb. Bu onu göstərir ki, o vaxt yuxarı siniflərin nümayəndələri pansori çıxışlara gedirdilər.Um, Haekyung (2013). Korean Musical Drama: P'ansori and the Making of Tradition in Modernity. Ashgate Publishing. ISBN 0754662764. p. 40Kim, Kee Hyung (2008). "History of Pansori". In Yi, Yong-shik. Pansori. The National Center for Korean Traditional Performing Arts. ISBN 9788985952101. p. 5

İstinadlar

Kateqoriya:Cənubi Koreyada musiqi janrları Kateqoriya:Cənubi Koreyanın qeyri-maddi mədəni irsi