Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı () — Bandunq, Qərbi Yava, İndoneziyada hava limanı. Şəhərin mərkəzində Bandunq Mərkəzi qatar stansiyasından 2,4 km məsafədə yerləşir. Hava limanı 145 hektar ərazini əhatə edir və Yavanın cənub-qərbində mülki aviasiya sahəsinə xidmət göstərib. Aerodrom İndoneziya Hərbi Hava Qüvvələrinin Huseyn Sastraneqara hava qüvvələri bazası ilə birləşmişdir. Ticarət uçuşlarının əksəriyyəti buradan yeni tikilmiş Kertacati Beynəlxalq Hava Limanına köçürüldü.

Hava limanı Bandunq şəhərində yerləşir və dağlar ilə əhatə olunur, beləliklə unikal xüsusiyyətlərə malikdir. Bu hava limanı indi və keçmişdə Airbus A320 seriyalları, Boeing 737, müəyyən tipli Boeing 757 və Boeing 767 (200) seriyasını idarə edə bilir. Yerli və beynəlxalq terminallarının ümumi iki sahəsi 3,5 milyon sərnişin və 16,000 m² sahənin ümumi gücü təmin edir.

İki beynəlxalq hava limanlarından biri olan Böyük Bandunq metropol sahəsinə xidmət edən Qaruda İndoneziyanı, həmçinin Lion Air, Citilink və İndoneziya AirAsia aviaşirkətləri üçün nəzərdə tutulmuş Kertacati Beynəlxalq Hava Limanıdır.See: Indonesia AirAsia.

Tarix

Havalimanı Andir kəndində müstəmləkə dövründə holland muhacirlər tərəfindən tikilmişdir. Hava limanı Andir Airfield adlandırıldı. Sonra isə Qərbi Yavadan olan İndoneziyanın qəhrəman təyyarəçisi Huseyn Sastraneqaranın adı ilə adlandırıldı.

2010-cu ilin sonunda hava limanından uçuşların sayı (qalxma və enmə) gündə 30 dəfədən çox artmış və sürətlə artmışdır.

Bandung Air Show 2010 2010-cu ilin sentyabr ayında hava limanında ilk dəfə böyük bir hadisəni reallaşdırmış, beynəlxalq aviasiya auditoriyasını ərsəyə gətirmişdir.

2012-ci ildə hava limanında daha çox beynəlxalq aviasiya tamaşaçıları gətirən "Bandung Air Show" yenidən keçirildi. Yenidən 2013 və 2015-ci ildə də keçirilmişdir.

2016-ci ildədək əvvəl aeroportda ildə 750 min sərnişin ideal bir tutuma malik idi, buna görə də həcmi, təchizatı və işçi heyətinin tərkibi olduqca genişdir. Hal-hazırda terminalın köhnə və yeni tikilmiş hissəsi 2015-2017-ci illərdə yenidənqurma işləri başa çatdıqdan sonra ildə təxminən 3,5 milyon sərnişin gücünü təmin edir."Perluasan Bandara Husein Sastranegara Ditargetkan Juli 2010" , BisnisKeuangan.kompas.com, 26 January 2010.

thumb|upright=0.80|Andir hava limanında "Hollandiya Krallığı"nın Niderland Ost-Hindi (İndoneziya) Hava Qüvvələrinin Martin B-10 bombardmançısı. 1937-ci il.

Terminal və obyektlər

Hava limanının terminalında daxili və beynəlxalq uçuşlar üçün istifadə olunan iki sahə vardır. Terminalın sahəsi 17 min kvadratmetr metr və üç mərtəbəlidir.

İki icra salonu, internetə giriş, LED ekranlar, namaz otağı, qəhvə / çay mağazalar, restoranlar, kitab mağazaları, alış-veriş yerləri və bankomatlar vardır.

Uçuş-enmə zolağının şimal tərəfində PT Dirgantara İndonesiaya (aviasiya şirkəti) məxsus hava limanı obyektləri var. Üstəlik, hava limanı PAPI (bir pilotun bir aerodroma və ya hava limanına düzgün yanaşma (şaquli düzlükdə) əldə etməsini və saxlamasını təmin etmək üçün rəhbər məlumat verir) və VORla (təyyarə üçün qısa mənzilli radio naviqasiya sisteminin növüdür) təmin olunaraq təyyarələrin gecə enib-qalxması və digər naviqasiya vasitələrinə kömək edən cihazlar ilə təchiz edilib.

1 fevral 2009-cu ildən etibarən beynəlxalq uçuş sərnişinləri 75000 IDR (yerli pul vahidi), daxili uçuş sərnişinləri isə 25000 IDR dəyərində hava limanı vergisi ödəyirlər.SK. DIREKSI:KEP.15.02 1 February 2009

Hava limanının operatoru olan PT Angkasa Pura II 2010-cu ilin ortalarında hava limanı uçuş zonasının Airbus A320,Airbus A320neo, Boeing 737 və Boeing 737 MAX kimi böyük dar ölçülü təyyarələrini yerləşdirmək üçün PCN (Səki təsnifat nömrəsi) 37 santimetrdən 52 santimetr səviyyəsinə qədər qaldırılmasını hədəfləyib,"Tempo interaktif – Indonesian" , tempointeraktif.com, 21 April 2010. 2011-ci ilin aprel ayından etibarən, 2,250 metr uzunluğunda uçuş zolağı Airbus A320-nin enməsinə baxmayaraq 50 faizdən az idi."Bandung Airport Upgraded for Wide Planes", 5 April 2011, webpage: JP5 .

Kertacati Beynəlxalq Hava limanı

Macalenqka Hava limanı ya da Bandar Udara Internasional Java Barat (BIJB) kimi tanınan Kertacati Beynəlxalq Hava Limanı Qərbi Yava, İndoneziyanın şimal-şərq hissəsində yerləşən hava limanıdır. 24 may 2018-ci ildə açılan hava limanı Sukarno-Hatta Beynəlxalq Hava Limanı ndan sonra İndoneziyanın ikinci ən böyük hava limanıdır. 2,500 metr uçuş zolağı olan hava limanı Bandunqun 68 km şərqindəki "Mayalenqka rayonu"nda şəhərində yerləşir. Böyük Bandunq metropolu sahəsinin ikinci beynəlxalq hava limanıdır və Cirebon, həm də Qərbi Yava və Mərkəzi Yava vilayətinə xidmət etmək üçün inşa edilmişdir.

İllik 29 milyon sərnişin tutumu ilə bütün infrastruktur bitdikdən sonra hava limanı "Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı"nın yerini alacaq. Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı bundan sonra məhdud ticarət, hərbi və özəl aviaşirkətə xidmət edəcəkdir.

Aviaşirkətlər və istiqamətlər

Sürətlə inkişaf edən beynəlxalq hava limanı olaraq, istiqamət və cədvəllər sürətlə dəyişir. Aşağıdakı istiqamətlərə Huseyn Sastraneqara Beynəlxalq Hava Limanından birbaşa uçuşlar olmuşdur:

Aviaşirkətlər və istiqamətləri-

AirAsia-Kuala-Lumpur Beynəlxalq Hava limanı Citilink-Denpasar/Bali, Medan, Palembanq, Pekanbaru, Surabaya hava limanları Garuda Indonesia-Denpasar/Bali, Sinqapur, Surabaya hava limanları Garuda İndonesia (Explore tərəfindən idarə olunur)-Lampunq hava limanı Indonesia AirAsia-Denpasar/Bali,Kuala-Lumpur,Sinqapur hava limanları Lion Air-Balikpapan, Bancarmasin, Batam, Denpasar/Bali, Makassar, Mataram-Lombok, Medan, Pekanbaru, Pontianak, Surabaya, Cokyakarta hava limanları Malindo Air-Kuala-Lumpur Beynəlxalq hava limanı NAM Air-Panqkal Pinanq, Semaranq və Surabaya hava limanları SilkAir-Sinqapur hava limanı Wings Air-Lampunq, Cakarta (Halim Perdanakusuma Beynəlxalq hava limanı), Malanq, Semaranq, Suakarto/Solo, Cokyakarta hava limanları XpressAir-Padanq, Pedambanq, Pontianak hava limanları

Statistika

Huseyn Sastraneqara Beynəlxalq Hava Limanından müntəzəm daxili uçuşlar

# İstiqamətlər Tezlik (həftəlik) Aviaşirkətlər 1Surabaya64Citilink,Garuda Indonesia,Lion Air,NAM Air2Denpasar/Bali 56Citilink,Garuda Indonesia,Indonesia AirAsia,Lion Air3Bandar Lampunq24Garuda Indonesia,Wings Air4Medan21Citilink,Lion Air5Semaranq21NAM Air,Wings Air6Pekanbaru14Citilink,Lion Air7Palembanq14Citilink,XpressAir8Cokyakarta14Lion Air,Wings Air9Pontianak10Lion Air,XpressAir10Batam7Lion Air11Bancarmasin7Lion Air12Balikpapan7Lion Air13Makassar7Lion Air14Lombok7Lion Air15Padanq7XpressAir16Malanq7Wings Air17Cakarta (Halim Perdanakusuma)7Wings Air18Panqkal Pinanq4NAM Air19Surakarta/Solo4Wings Air

Huseyn Sastraneqara Beynəlxalq Hava Limanından müntəzəm beynəlxalq uçuşlar

# İstiqamətlər Tezlik (həftəlik) Aviaşirkətlər 20 Kuala-Lumpur25AirAsia,Indonesia AirAsia,Malindo Air2116Indonesia AirAsia,SilkAir

Yer nəqliyyatı

Hava limanı Pacacaran küçəsinin sonunda yerləşir. Taksi xidməti geniş yayılmışdır. Bandunqun bəzi otellərində pulsuz hava limanının köçürmələri də təmin edilir. Avtomobil kirayəsi də mövcuddur. Hava limanında yüzlərlə avtomobil yerləşdirə biləcək avtomobil parkları da fəaliyyət göstərir.

Qəzalar və hadisələr

17 iyul 1997-ci ildə Fokker 27 PK-YPM tərəfindən idarə olunan Trigana Air Service Flight 304 uçuşdan qısa müddət sonra qəzaya uğrayıb.Təyyarədə olan 45 nəfərdən olan 5 heyət və 23 sərnişin həlak oldu. 6 aprel 2009-cu ildə qeyri-mülki İndoneziya Hava Qüvvələrinə məxsus Fokker F-27 enmə yerinə düşərkən PT Dirgantara İndonesiaya (İndoneziya Aerospeys) məxsus Hangar Dylə toqquşmasından bütün 24 nəfər həlak oldu. Bu qəzanın səbəbi pis hava şəraitinin olduğu düşünülür. 16 aprel 2009 tarixində Merpati Nusantara Havayollarının Surabaya və Denpasar-Bali istiqamətinə gedən 616 uçuşu, uçuş yerində 400 metr uçuşdan sonra qalxa bilmədi və geri döndü. Heç bir yaralanma və ya ölüm olmadı. 24 sentyabr 2010-cu ildə pilotun akrobatika manevrinə cəhd etməsindən sonra xüsusi Super Decathlon (təyyarə təhsili və fərdi istifadə üçün nəzərdə tutulmuş və + 6g və -5g arasındakı aerobatik stresin qorunmasına imkan verən iki yerlik sabit şərtli yüngül təyyarələr) (qeydiyyatdan keçmiş PK-NZP) qəzası baş verib. Bir neçə gündən sonra İndoneziya aerokosmik mühəndisi pilot Aleksandr Supeli vəfat etdi. 29 dekabr 2012-ci il tarixində pilotun (Norman T, Lubis-Bandung Göz Mərkəzi Sahibinin) Bandung Airshow 2012-də akrobatika manevrini etdikdən sonra LM-2003lə qeydiyyatdan keçmiş FASI AS-202 Bravo qəzaya uğrayıb.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər PT. Angkasa Pura II: Husein Sastranegara Airport

"Province looks forward to international airport", The Jakarta Post, 22 December 2006.

Kateqoriya:İndoneziya hava limanları