Axısqa türkləriŞurəddin Məmmədli (1991), Paralanmış Borçalı... və ya Ermənilər 1918-də Borçalının güney qismini işğal etmişlər (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri, Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstanda, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.
Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur.
31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.
1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər, Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır.
2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001 -ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır.
Azərbaycanda yaşayan Axısqa türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə də aktiv şəkildə iştirak etmişdir. Siyahı Şəhid olanlar Sıra nömrəsi Ad Şəkil Məlumat1İsgəndər Aznaurov150pxİsgəndər Söhrab oğlu Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayətinin Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlmişdir. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin l-ci sinifinə qəbul olmuş və 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Axısqalıların Mərkəzi Asiyadan ikinci dəfə sürgün olunmasından sonra Azərbaycana gələrək Şəmkir rayonunun Kür qəsəbəsində yerləşmişdi. 1992-ci ilin mart ayında Milli Orduya könüllü şəkildə qoşulmuş və 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilmişdir. 1993-cü ilin aprel ayının 18-də Gədəbəy rayonunda döyüşdə şəhid olmuşdur. Bir çox döyüşlərdə fərqlənən və müharibə zonasında xeyli məşhurluq qazanan baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.2Hökmdar Abbasov 150pxHökmdar Əspəndi oğlu Abbasov 1 may 1958-ci ildə Qazaxıstan Respublikası, Karman rayonunun, Qızıl Orda kəndində anadan olmuşdur. Ailəsi 1959-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonuna, 1962-ci ilin əvvəllərində isə Sabirabad rayonunun Qaratəpə kəndinə (əvvəlki Pakrovka) köçüb gəlmişdir. 1993-cü ilin iyun ayından etibarən cəbhə bölgəsinə silah-sursat daşımaqla məşğul olmuşdur. 1994-cü ilin yanvar ayının 18-də silah-sursatla dolu zavodun partlaması nəticəsində şəhid olmuşdur. 3Bahadur Əliyev Əliyev Bahadur Əli oğlu 1966-cı il mart ayının 22-də Azərbaycan Respublikası, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində anadan olmuşdur. 1988-ci ilin 7 dekabrında baş vermiş Spitak zəlzələsi zamanı Azərbaycandan Ermənistana yardım üçün getmiş heyətin tərkibində olmuşdur. Həmin təyyarənin müəmmalı şəkildə qəzaya uğraması nəticəsində vəfat etmişdir. 4Arif Arifov Arif Polad oğlu Arifov 1976-cı il sentyabrın 20-də Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuşdur. 1984-1994-cü illərdə Saatlı rayonu Fətəlikənd kənd orta məktəbində orta təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra Gürcüstan Ali Hərbi Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini yarımcıq qoyaraq Qarabağdakı döyüşlərə qoşulan Arif Arifov, Goranboy rayonu Gülüstan kəndi istiqamətindəki döyüşlərdə şəhid olmuş və 1997-ci ilin iyul ayının 18-də doğulduğu kənddə dəfn edilmişdir. 5Xalid Asmanov Asmanov Xalid Xalis oğlu 1973-cü il noyabr ayının 29-da Özbəkistan Respublikası, Daşkənd vilayətinin, Yengiyul rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra 1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 19 yaşlı Xalid 1992-ci il iyun ayının 4-də Neftçala rayonunda yerləşən “N” saylı hərbi hissəyə Azərbaycan ordusu sıralarında həqiqi hərbi xidmət keçmək üçün getmişdir. 1993-cü ilin yanvar ayında şəhid olmuşdur.6Əli Bədişov Bədişov Əli Rais oğlu 1968-ci ilin 9 aprelində Özbəkistan rayonunun Sırdərya vilayətinin Bayut rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra 1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüş və Xocalı şəhərində yerləşmişdir. Xocalının müdafiəsi üçün döyüşlərdə iştirak edən Əli Bədişov Xocalı soyqırımı zamanı itkin düşmüşdür. Bu günədək ondan heç bir xəbər alınmamışdır.7Qurban Bəkirov1969-cu ildə Şəmkir rayonunun Təzəkənd (indiki Kür qəsəbəsi, Səməd Vurğun kəndi) kəndində anadan olmuşdur. Orta təhsilini 1975-1982-ci illərdə Əzizbəyov adına 8 illik orta məktəbdə almışdır. Qurban Bəkirov 1991-ci ilin dekabr ayının 29-da evlənmişdir. 1992-ci ildə isə yeni yaranan Azərbaycan Milli Ordusu sıralarına daxil olmuş, Qazax rayonunun sərhəd bölgəsində hərbi xidmət keçmişdir. 1992-ci il dekabr ayının 29-da erməni quldurlarının əsir götürdüyü qadınları xilas etmək məqsədilə döyüşə atılmış, əsirləri xilas etmiş, özü isə aldığı güllə yarasından igidliklə həlak olmuşdur. Şəhidin cənazəsi 69 gün düşmən tərəfdə qalmış, daha sonra isə geri götürülmüşdür.8Maqsud BidzinovFərqanə hadisələrindən sonra Azərbaycana köç edənlərdən biri də Bidzinov Maqsud Ali oğlu olmuşdur. O, 1958-ci il noyabr ayının 8-də Özbəkistan Respublikasının Kokand vilayətində anadan olmuşdur. Azərbaycana köçdükdən sonra əvvəlcə Şuşa şəhərinə, daha sonra isə Xocalı şəhərinə yerləşdirilmişdir. Xocalı soyqırımı zamanı Bidzinov Maqsud ermənilər tərəfindən qətlə yetirilmişdir. 9Zeynalı Bidzinov Zeynalı Bidzinov 1989-cu ildə Azərbaycana köçmüşdür. Əvvəlcə Şuşa şəhərində yerləşdirilsə də, 1990-cı ildə Xocalı şəhərində yerləşdirilmişdir. Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. 10Cabbar BinaliyevCabbar Gülalı oğlu Binaliyev və ailəsi 1989-cu ildə Azərbaycana köçmüş və Xocalı şəhərində yerləşmişdir. Xocalı soyqırımı zamanı qətlə yetirilmişdir.11Əlişir BinaliyevƏlişir Gülalı oğlu Binaliyev və ailəsi 1989-cu ildə Azərbaycana köçmüşdür. Xocalı şəhərində yerləşən ailənin iki üzvü Əlişir və Cabbar Binaliyevlər Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. 12Rafiq Binaliyev Binəliyev Rafiq Kazım oğlu 26 oktyabr 1973-cü ildə Saatlı rayonu, Krasnoselski (indiki Qaranuru) kəndində anadan olmuşdur. Orta təhsilini Saracalar kənd orta məktəbində almışdır. 1992-ci ilin iyun ayının 11-də həqiqi hərbi xidmətə çağırılmışdır. Lənkəran şəhərində hərbi təlim gördükdən sonra Qubadlı rayonundakı döyüşlərdə iştirak etmək üçün göndərilmişdir. 1994-cü ilin yanvar ayının 31-də Xocavənd rayonunda itkin düşmüşdür. Axtarışlar nəticə verməmiş və ondan heç bir xəbər alınmamışdır. Saatlı rayon Məhkəməsinin 12 yanvar 1999-cu il qətnaməsinə əsasən tapılmadığı üçün onun həlak olduğu təsdiqlənmişdir.13Mustafa CoşqunovCoşqunov Mustafa Əhmədcan oğlu 10 yanvar 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə N. İsayev adına Yeni Həyat qəsəbə orta məktəbinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi bitirmişdir. 14 yanvar 2014-cü ildə Xaçmaz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində hərbi xidmətə başlamışdır. Əsgər Mustafa Coşqunov 2014-cü ilin 1 avqust tarixləri arasında erməni terrorçu qruplaşmalarının təxribatının qarşısını alarkən şəhid olmuşdur. Doğulduğu qəsəbədə dəfn edilmişdir.14Bayram CumanovCumanov Bayram Sahib oğlu 10 may 1962-ci il Özbəkistan Respublikası Daşkənd vilayət Boka rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra digər Axısqa türkləri kimi Bayramın ailəsidə məcburi köçkün kimi Azərbaycana pənah gətirdi və Şabran (Dəvəçi) rayonunun Ağalıq kəndində məskunlaşdılar. 1989-cu ildən 1993-cü ilin noyabr ayına kimi Şabran rayon qaz istismar idarəsində qaynaqçı kimi işləmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmış və 1994-cü ilin yanvar ayında Ağdam rayonunun Xındırıstan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 15Adil ÇaxoyevAdil Paşali oğlu Çaxoyev 21 avqust 1971-ci ildə Saatlı rayonunun