thumb|Furuya Komahey. CAR–Yaponiya münasibətləri — Cənubi Afrika Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarix Yaponiya ilə Cənubi Afrika arasında ticarət əlaqələrinin tarixi Yan van Ribekin Naqasaki limanında yerləşən Decimaya çatdığı 1643-cü ildən başlayır. O, Yaponiyada Holland Ost-İnd Şirkətinin (HOİŞ) təmsilçisi olan Yan van Elseraqı müşayiət etmişdir. 7 il sonra 1950-ci ildə Ribek Cənubi Afrikadakı vəhşi heyvanları Yaponiyaya satmağı təklif etmişdir.Osada, Masako. (2002). Sanctions and Honorary Whites: Diplomatic Policies and Economic Realities in Relations Between Japan and South Africa, p. 28 .
1898-ci ildə Furuya Komahey Cənubi Afrikada mağaza açmış ilk yapon biznesmen olmuşdur. Keyptaunda yerləşən bu mağaza Mikado Şoten (İmperator mağazası) adlanırdı. 1942-ci ilə qədər açıq qalsa da, həmin il hökumət tərəfindən bağlanılmış və malları müsadirə olunmuşdur.Osada, Masako. (2002). p. 30.
1904-cü ildə Yaponiya Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin dəstəyi ilə İvazaki Kanzo Durbanda kiçik biznes qurmuşdur.Osada, pp. 30-31.
Yaponiya 1918-ci ildə Keyptaunda konsulluq açmışdır.Osada, p. 34.
Cənubi Afrikada mövcud olan aparteid rejiminə görə tətbiq olunan sanksiyalara baxmayaraq Yaponiya 1960-cı illərdə Cənubi Afrika ilə təbii resursları üçün ticarət əlaqələri başlatmışdır. Buna görə də Cənubi Afrikada yaşayan yaponlara fəxri ağ statusu verilmişdir.Afro-Hispanic Review: White, Honorary White, or Non-White: Apartheid Era Constructions of Chinese , Dr. Yoon Jung Park (Univ of Johannesburg), Spring 2008 Bu isə Cənubi Afrikada aparteid rejiminə qarşı olan siyasətçilərin narazılığına səbəb olmuşdur. Bundan əlavə, Yaponiyanın ağ azlığın qurduğu hakimiyyətə dəstək verməsi Qara Afrika ölkələrinin tənqidinə səbəb olmuşdur. 1983-cü ildə Tanzaniyanın Yaponiyadakı səfiri Əhməd Hassan Diria yapon turistlərinin Cənubi Afrikanı ziyarət etməsindən əldə olunan gəlirin aparteidi gücləndirdiyini bildirmişdir.Morikawa, https://books.google.com/books?id=GIaMrpC0L4MC p.72
1994-cü ildən Yaponiya ilə CAR arasındakı güclü ticarət əlaqələri yerli bürokratik münaqişələrə görə məhdudlanmışdır.Alden, Chris. "The Chrysanthemum and the Protea: Reinventing Japanese-South African Relations after Apartheid," African Affairs, Vol. 101, No. 404 (July 2002), pp. 365-386.
Həmçinin bax CAR–Qazaxıstan münasibətləri
İstinadlar
Xarici keçidlər CAR-Yaponiya münasibətləri Yaponiyanın CAR-dakı səfirliyi CAR-ın Yaponiyadakı səfirliyi
Kateqoriya:CAR–Yaponiya münasibətləri