() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Aralıq dənizi ölkələrində rast gəlinir.

Botaniki təsviri Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir.

Ekologiyası Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.

Azərbaycanda yayılması Abşeronda park və bağçalarda, bəzi şəxsi həyətyanı sahələrdə rast gəlinir.

İstifadəsi Bitki aromoterapiyada, içkilərin, qənnadı məmulatlarının hazırlanmasında, ekstraktı qankəsici kimi, saçların bərkidilməsində, dəri xəstəliklərində istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları