() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbii şəraitdə Çinin qərb hissəsində və Şərqi Tibetdə yayılmışdır.
Botaniki təsviri Uzunluğu 10 m-dək olan, yarım yarpağıtökülən lianadır. Zoğu sürünən oduncaqlıdır. Parlaq yaşıl, oval və ürəkvarı, yumurtavarı-uzunsovdur, yarpaqların uzunluğu 5-10 sm, eni isə 1-1,2 sm-dir, tükcüksüzdür. Çiçək tacının uzunluğu təxminən 2,5 sm-dir. Çiçəkləri qırmızı və ya sarı, borucuqludur. Cüt çiçəkləri 2 dodaqlı, sarımtıl-qırmızıdan al-qırmızıyadək olub, çılpaq və ya tükcüklü qısa çiçək saplaqlarında oturur. Çiçək tacının ölçüsü 2 sm-dir. Yumurtalığı sərbəst, üçyuvalıdır. Meyvələri qara-alqırmızı giləmeyvədir. Toxumları qara, ellipsvarı, uzunluğu 3 mm, eni 1,8-2 mm-dir.
Ekologiyası Şaxtayadavamlıdır. Münbit torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə rast gəlinir.
İstifadəsi Lonicera acuminata və onun formaları şaquli yaşıllaşdırmada liana kimi geniş miqyasda becərilməsi məsləhətdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası