Murad Mahir oğlu Abdulla () — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), kişilər arasında üçqat Şotlandiya çempionu (2017, 2018, 2022).

Həyatı 2000-ci ildə Bakı şəhərində anadan olub. 5 yaşında olarkən ailəsi ilə Şotlandiyaya köçüb.

Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhənglərin qatili" adlandırıblar. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır.

2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi.

2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb.

Şəxsi həyatı Şotlandiyanın Sent-Endryus Universitetində "Data Science" ixtisası üzrə təhsil alıb.

İstinadlar

Xarici keçidlər FIDE Chess profili Murad Abdulla. Chessgames.com Murad Abdulla. 365Chess.com

Kateqoriya:Şotlandiya şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Şotlandiya azərbaycanlıları Kateqoriya:Sent-Endryus Universitetinin məzunları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları