"Ox" teleserialının ikinci mövsümünün premyerası The CW telekanalında 10 oktyabr 2013-cü ildə baş tutmuşdur. 14 may 2014-cü ilə kimi davam edən ikinci mövsüm ərzində ümumilikdə 23 seriya təqdim edilmişdir. Teleserial Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, ədalətsizlik və cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarına əsaslanmışdır. İkinci mövsümdə serialın şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur.
İkinci mövsümdə beş il adada yaşadıqdan sonra doğma şəhəri Starlinq-sitiyə qayıdan keçmiş milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) şəhərdə cinayətkarlıq və ədalətsizliklə mübarizə aparır. Bu işdə ona Con Diql (Devid Ramsi) və Felisiti Smouk (Emili Bett Rikards) kömək edirlər. Mövsümdə Oliverin qarşılaşdığı əsas düşmən vaxtilə birgə adada olduqlar Sleyd Vilson (Manu Bennett) olur. Oliver Roy Harperi (Kolton Heyns) köməkçisi kimi qəbul edir və zabit Kventin Lenslə (Pol Blektron) birgə çalışmağa başlayır. Oliver mövsümdə başqa bir tərəfdar da qazanır, bu, əvvəl öldüyü güman edilən Sara Lensdir (Keyti Lotz). Fleşbeklərdə Oliverin Lian Yu adasında keçirdiyi dövrdən bəhs olunur, onun Doktor Entoni İvo (Dilan Nil) ilə qarşılaşması, Sleyd, Sara və Şado (Selina Jade) ilə birgə çalışması göstərilir.
İkinci mövsümdə gələcəkdə spin-off kimi inkişaf etdirilməsi nəzərdə tutulan Fleş personajları o cümlədən Barri Allen təqdim edilmişdir. İkinci mövsüm əsasən müsbət rəylər almış, hər həftə orta hesabla 3.28 milyon izləyici toplaya bilmişdir. İkinci mövsüm on beş nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmişdir. 16 sentyabr 2014-cü ildə ikinci mövsüm DVD formatda satışa çıxarılmışdır.
Məzmunu
I mövsümün sonunda Malkolm Merlinin süni zəlzələ yaradan qurğunu işə salması ilə Starlinq-sitinin Qleyds rayonunun böyük bir hissəsi dağılır, çoxlu sayda insan o cümlədən Malkolmun oğlu və Oliver Kuinin uşaqlıq dostu Tommi Merlin vəfat edir. Oliverin anası Moyra Kuin ailəsi təhdid altında olduöuna görə Malkolma kömək etdiyini etiraf edir və həbs olunur. İkinci mövsümdə şəhəri və dostunu xilas edə bilmədiyinə görə mənəvi əziyyət çəkən Oliver yenidən beş il yaşadığı adaya qayıdır. Uzun müddət davam edən axtarışlardan sonra Felisiti və Con Diql onu tapmağa və şəhərə qaytarmağa müvəffəq olurlar. Moyranın həbsdə, Oliverin isə adada olduğu müddətdə İzabel Roşe ailə şirkəti olan "Queen Consolidated"ə nəzarəti ələ keçirir.
Adadan qayıtdıqdan sonra Oliver şəhərdə olmadığı müddətdə çoxlu sayda özünü ona oxşadan küçə qəhrəmanlarının peyda olmasınln şahidi olur. Şəhərdə ədalətsizliklə mübarizə aparanlardan biri isə qara geyimli sarışındır. Bir müddət sonra Oliver Sara Lensin adada ölmədiyini və şəhərə qayıtdığını, qara geyimli döyüşçü qızın isə məhz Sara olduğunu öyrənir. Məlum olur ki, Saranın xilas olmasında Ras al-Qulun rəhbərlik etdiyi Qatillər liqası böyük rol oynayıb. Liqanın döyüşçü kimi dərs verdiyi Sara, həm də Rasın qızı Nisə al-Qulla sevgili olub.
Bir müddət sonra Oliver adada öldürdüyünü düşündüyü Sleyd Vilsonun (Detstrouk) da Starlinq-sitiyə gəldiyini və Oliverdən qisas almağa hazırlaşdığını öyrənir. Sleyd Oliverin anası ilə yaxınlaşaraq, seçkiqabağı kompaniyada ona köməyini təklif edir. Oliver və Felisiti Sleydin külli miqdarda mirakuru (Yaponiyada təcrübələr nəticəsində yaradılmış, insanı qəzəbli və güclü super döyüşçüyə çevirən dərman) istehsalına hazırlaşdığını başa düşürlər. Sleyd mirakuru vasitəsilə yenilməz əsgərlər ordusu yaratmaq, daha sonra isə Oliverin sevimli şəhərini tutaraq xarabalığa çevirməyi planlaşdırır. Sleydin mirakurunu təcrübədən keçirdiyi şəxslərdən biri də Roy Harper olur. Oliver Royu xilas edir və qəzəbini idarə etməyi öyrətməyə çalışır. Mirakurunun təsiri ilə törədilmiş qətllərin araşdırılması üçün Starlinq-sitiyə Sentral-sitidən gənc məhkəmə ekspertizaçısı Barri Allen gəlir. Barri, anasının da oxşar güclü naməlum şəxs tərəfindən qətlə yetirildiyini və buna görə də belə cinayətlərin araşdırılmasında maraqlı olduğunu deyir. Barri və Felisiti arasında romantik hisslər yaranır və bu, Oliverdə qısqanclıq hisslərinin baş qaldırmasına səbəb olur. Bir müddət sonra öz şəhərinə qayıdan Barrini şimşək vurur və o, komaya düşür.
Sleydin Teyaya əsl atasının Robert Kuin yox, Malkolm Merlin olduğunu deyir və bu, onun anası və qardaşına olan inamının itməsinə səbəb olur. Eyni zamanda, Sleyd Lorel Lensə Kapüşon altında gizlənən adamın Oliver Kuin olmasını da xəbər verir. Bundan sonra Oliver, Moyra və Teyanı qaçıran Sleyd uşaqlarının gözü qarşısında Moyranı öldürür. Sleydin ayaratdığı məğlubedilməz əsgərlər ordusu şəhəri dağıtmağa başlayır. Bu arada Oliver Sentral-sitidə S.T.A.R. Labs tərəfindən yaradılmış mirakuruya qarşı antidotu əldə edir. Onun özünə idarəni itirmiş insanlara yeridilməsində isə Saranın köməyinə gəlmiş Qatillər liqası döyüşçüləri də iştirak edirlər. Felisitinin iştirakı ilə Sleyd Vilson da zərərsizləşdirilir və Yuan Li adasındakı həbsxanaya salınır.
Rollarda
Əsas heyət Stiven Amell — Oliver Kuin / Kapüşon Keti Kasidi — Lorel Lens Devid Ramsi — Con Diql Villa Holland — Teya Kuin Süzanna Tompson — Moyra Kuin Pol Blektron — Kventin Lens Emili Bett Rikards — Felisiti Smok Kolton Heyns — Roy Harper Manu Bennett — Sleyd Vilson
İkinci heyət Keyti Lotz — Sara Lens / Qara bülbül Kelly Hu — Çyen Na Vey / Ağ çinli Con Barroumen — Malkolm Merlin Cessika De Gouw — Helena Bertinelli / Ovçu qız Kolin Salmon — Volter Stil Rocer Kross — Lukas Hilton Aleks Kinqston — Dayna Lens Ceffri Nordlinq — Frenk Bertinelli Selina Jade — Şado Edrian Holms] — Frenk Pike Sammer Qlau — İzabel Roşe / Qisasçı Kevin Alexandro — Sebastyan Blad / Qardaş Blad Sintiya Addai-Robinson — Amanda Uoller Teril Rozeri — Jan Lorinq Dilan Brüs — Adam Donner Beks Teylor-Klaus — Sin Dilan Nil — Entoni Ayvo. Cimmi Jan-Lui — Kapitan Nikola Leya — Mark Frensi Çila Horsdal — Keyt Spenser Cessi Hatç — Deyli Odri Mari Anderson — Leya Maykls
Qonaq ulduzlar Qrant Qastin — Barri Allen Set Qabel — Qraf Vertiqo Daniella Panabeyker — Keytlin Snou Yakl Rov — Floyd Lavton / Dedşot Karlos Valdes — Sisko Ramon Ejen Lipinski — Aleksi Leonov. Ben Brouder — Ted Geynor Maykl Eklund — Barton Matis / Oyuncaqçı Devid Nykl — Anatoli Knyazev Robert Knipper — Uilyam Tokmen / Saatların kralı Ceyms Kidni — Milo Armitaj Katrina Lou — Nisə al-Qul Qreham Şils — Sayrus Qold / Qardaş Sayrus / Akolit Maykl Cey Vayt — Ben Törner / Bürünc pələng Kolin Donnell — Tommi Merlin Şon Maher — Mark Şeffer / Şrapanel
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)
İstehsal
İnkişaf Ox serialının ikinci mövsümünün çəkiləcəyi The CW tərəfindən 11 fevral 2013-cü ildə elan edilmiş, mövsümün 2013–2014-cü efir mövsümündə yayımlanacağı bildirilmişdir.
Səkkiz və doqquzuncu seriyalarda təqdim edilmiş Barri Allenin izləyicilər tərəfindən müsbət qəbul edilməsindən sonra, əvvəl mövsümün iyirminci seriyasının Fleş üçün bekdor-pilot olması ideyasından imtina edilən The CW personaj üçün normal pilot seriyası çəkilməsinə qərar verir. Bunun üçün seriyanın büdcəsi artırılır və personajın daha yaxşı işlənilməsi üçün yaradıcılara daha çox vaxt verilir.
Aktyor seçimi İkinci mövsümdə Emili Bett Rikards, Kolton Heyns və Manu Bennet serialın əsas aktyor heyətində rol almışlar. Pilot seriyasında Sara Lensi canlandırmış aktrisa Jaklin Makİnnes Vud bu rola qayıtmamış və Keyti Lotzla əvəz edilmişdir.
Kostyum dizaynı Mövsümün ikinci yarısında Oliverin üsünü çəkən boya maskası personajın komikslərdə istifadə etdiyi maskaya oxşar domino maskası ilə əvəz edilir. Bu dəyişiklik ekranda da əks etdirilir və Kreysberq deyir: "O, sadəcə maska geyinmir. Əslində bu serialda böyük süjet dönümüdür. Personajın maska geyinməsi yalnız buna ehtiyac olduğuna görə baş vermir. Buna həqiqətən hadisələrin axını səbəb olur." Əlavə olaraq Kreysberq bildirir ki, "Nəzəri olaraq Oliver özü inkişaf edir, o, viqilantdan qəhrəmana, Oxdan Yaşıl Oxa çevrilir. Bu isə onun kostyumunda da əks olunmalı idi. Oliver qəhrəmanlığı qəbul edir, bu isə kölgədən çıxmaq və simvola çevrilmək anlamına gəlir. Buna görə də o, kimliyini daha yaxşı gizlədəcək maskaya ehtiyac duyur." O, əlavə edir ki, "Yeni maska Oxa onu tanımayan insanlarla daha orqanik işləməyə imkan verir və başını aşağı salmaqdan xilas edir."
Kostyum dizayneri Maya Mani prodüserlərə əlliyə yaxın maska variantı təqdim etmişdi. Kraysberq deyir ki, "Mayanın dizayn etdiyi maskanın ən yaxşı xüsusiyyəti onun həqiqətən də çox sadə olması və sanki əvvəlcədən kostyumun bir hissəsi olmuş kimi görünməsidir…Biz maskanı alın Sivenə verən kimi, hətta o belə bunun doğru seçim olduğunu dedi." "Üç ruh" adlı seriyada maska Oliverə Barri Allen tərəfindən hədiyyə edilir.
Musiqi 16 sentyabr 2014-cü ildə WaterTower Music leyblı Ox serialının ikinci mövsümünün film musiqisi albomunu satışa çıxarmışdır. Alboma daxil olan bütün film musiqilərinin müəllifi Bleyk Nilidir. Bəstəkar qeyd edir ki, "Mən hər mövsümdə xüsusi musiqi mövzularını təkmilləşdirməyə çalışıram. Yoxsa izləyicilərdə xroniki musiqi yorğunluğu baş verə bilər". Bəstəkar həm də qeyd edir ki, "Bu mövsümdə Sleyd Vilson və Detsroukla bağlı böyük və mühüm bir süjet tağı vardır. Onun özünün mövzusu var idi, buna görə də mən həmin mövzunu inkişaf etdirməyə qərar verdim. Həm də mövzuları birləşdirdim."
Qəbulu
Tənqidçilərin mövqeyi İkinci mövsüm əsasən müsbət rəylər almışdır. "Entertainment Weekly"dən Ceff Censen ikinci mövsümün birinci yarısını B+ balı ilə qiymətləndirərək deyir ki, "Oxun intellekti televiziya büdcəsi sərhədlərini aşmayan imkanlar daxilində yaxşı nümayiş etdirilir. Yaşılışı – yetkin və ağıllıdır, hadisələr diqqətçəkəndir, Amell isə asanlıqla diqqəti özünə cəmləşdirə bilir." "The A. V. Club"dan Kerri Raysler ikinci mövsümün birinci yarısını A- bal ilə qiymətləndirir. O, deyir ki, "Ox özünü cəlbedici televiziya şousu kimi təqdim etmişdir. Ən maraqlısı isə odur ki, Ox, istifadə etdiyi personajların komiks kökünə hörmətlə onları sabun-opera qaydaları əsasında şəbəkə şəklində birləşdirir."
Reytinqlər İkinci mövsümdə 23 seriya boyunca hər seriya ortalama 3.28 milyon nəfər tərəfindən izlənilmişdir. Bu nəticə ilə serial teleseriallar arasında 128-ci yerdə qərarlaşmışdır.
Mükafatlar İl Mükafat Kateqoriya Nominant Nəticə2014IGN AwardsƏn yaxşı televiziya qəhrəmanıStiven Amell/OxXalqın seçimi mükafatıSevilən elmi-fantastika/fentezi televiziya aktyoruStiven AmellPeyk mükafatıƏn yaxşı teleserialOxSaturn mükafatıƏn yaxşı gənclər üçün çəkilmiş teleserialOxLeo mükafatıProqramQreq Berlanti, Cozef P. Finn, Mark Quqqenheym, Endryu Kreysberq, Vendi MeriklOperator işiQordon Verhul ("Qurban")QrimDanielle Fouler ("Düşmənini yaxınında saxla")Tryuk kordinasiyasıJ. J. Makaro ("Alim")Əsas rol aktyoru — kişiStiven Amell ("Sərt sınaqlar")Əsas rol aktyoru — qadınEmili Bett Rikards ("Üç ruh")Constellation AwardsElmi-fantastika serialında Ən yaxşı baş rol ifaçısıStiven Amell ("Odissey")2013-cü ilin Ən yaxşı selmi-fantastika teleserialıOxYeniyetmə Seçimi MükafatıSeçim televiziya şousu: elmi-fantastikaOxSeçim Ən yaxşı yeni aktrisaEmili Bett RikardsGənc Hollivud mükafatıSuper SuperqəhrəmanStiven Amell
Ev üçün buraxılış "Arrow: Season 2" 5 diskli DVD dəsti və 9 diskli Blu-ray/DVD qarışıq dəsti şəklində 16 sentyabr 2014-cü ildə ABŞ-da, 15 sentyabr 2014-cü ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır. DVD/Blu-ray qutu dəstinə pərdə arxası səhnələr, ixtisar edilmiş səhnələr, gülməli dubllar və Paley Festdən süjet əlavə edilmişdir.
Qeydlər
İstinadlar
Kateqoriya:Ox (teleserial) Kateqoriya:2013-cü il ABŞ televiziya mövsümü Kateqoriya:2014-cü il ABŞ televiziya mövsümü