thumb|240px|Biq Benin siferblatı Biq Ben () — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır.
Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.
Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılmışdır. Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində "Laus Deo", yəni "Tanrıya şükür" sözləri həkk olunmuşdur.
Adının mənşəyi
"Biq Ben" adı əvvəllər qüllədəki Böyük zəngi ifadə etsə də hazırda həm qülləni, həm də saatı və zəngi birlikdə ifadə edir. Adın mənşəyi barəsində 2 əsas fərziyyə mövcuddur: Böyük zəngin hazırlanmasına nəzarət edən Ser Bencamin Holun şərəfinə; 1857-ci ildə sonuncu dəfə rinqə çıxmış məşhur ağırçəkili boksçu Bencamin Kauntun şərəfinə.
2012-ci ilin iyun ayında Vestminister sarayı bu saat qülləsinin adının Yelizavet qülləsi adlandırılmasına qərar verib. İngiltərənin paytaxtı Londonun simvollarından olan məşhur Big Ben saatının adının dəyişdirilməsi ilə əlaqədar belə bir addımı ingilis parlamentarilər İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə atıb.
Biq Ben zənginin notları 15 dəqiqə işləmiş:(1)frameless|upright=0.555Yarım saat:(2) (3)frameless|upright=0.8915 dəqiqə qalmış:(4) (5) (1)frameless|upright=1.28Tamam:(2) (3) (4) (5)frameless|upright=1.585 Biq Benframeless|upright=0.415
İstinadlar
Həmçinin bax London Vestminster sarayı
Kateqoriya:Birləşmiş Krallıqdakı saat qüllələri Kateqoriya:Birləşmiş Krallığının zəng qüllələri Kateqoriya:London abidələri Kateqoriya:1858-ci ildə yarananlar