Mahamadu Dembele () — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçu.
Klub karyerası
Liferinq Dembele Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2017-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2022-cü ilin iyun ayına kimi müqavilə imzalamışdır.PSG-Spieler wechselt ablösefrei zum FC Red Bull Salzburg redbullsalzburg.at, am 19. Mai 2017, abgerufen am 21. Juli 2017 Dembele öz peşəkar karyerasında debütünü 21 iyul 2017-ci ildə Kapfenberger klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Dominik Şobozlaini əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 20 oktyabr 2017-ci ildə Floridsdorfer klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 63-cü dəqiqədə qolla yadda qalmışdır. Birinci Liqa görüşündə Liferinq rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Milli karyerası 2018-ci ildə Dembele Fransanın gənclərdən ibarət milli komandası ilə Finlandiyada keçirilən UEFA U-19 Avropa Çempionatında iştirak etmişdir. Turnirdə Dembele İtaliya, Ukrayna və İngiltərə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Şəxsi həyatı Dembele Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolLiferinq2017–18Birinci Liqa2920000002922018–194000000040Ümumi karyera332000000332 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Uğurları
Klub «Red Bull Zalsburq» Bundesliqa — 2017-2018
İstinadlar
Xarici keçidlər
France profile at FFF
Kateqoriya:Liferinq FK futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Tirana FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:2. Liqa (Avstriya) futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Trua FK futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Niderlandda legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Albaniya Superliqası futbolçuları