() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir.
Botaniki xarakteristikası Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir. Ləti sulu, turş, bir az acıtəhərdir. Dərisi nazik, möhkəmdir. Sentyabrda yetişir.
Ekologiyası Qışadavamlıdır, torpaqlara tələbkar deyil, ancaq torpağın quruluğundan əziyyət çəkir. Bu kol parlaq günəşə üstünlük verir, ancaq yarımkölgədə də bitir.
Azərbaycanda yayılması Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi Payızda yarpqaları tünd-qırmızı rəng aldığından çox dekorativ görünən koldur. Bordür bitkisi kimi istifadə edilə bilər. Meyvələrində şəkər, üzvi turşular, askorbin turşusu, polifenol, katexinlər, leykoantosianlar, antosianlar vardır. Meyvələri qidada mürəbbə, içki, qənnadı məmulatları kimi istifadə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:1906-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Myanma florası Kateqoriya:Tibet florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları