ABAD — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Yaranma tarixi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.https://www.haberturk.com/azerbaycan-da-ev-ekonomisi-abad-olacak-2428174
"ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb.
Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.).
İstiqamətlər Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi.
Qida "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu. Bu rayonlarda ABADçı ailələrinə bütün standartlara cavabdeh olan xüsusi avadanlıqlarla təchiz edilmiş 18 monoblok-konteyner təqdim edilib. İstehsalat prosesi "ABAD"ın texnoloqlarının nəzarəti altında keçirilir. №Məhsulun növüBrendin adıABADçı-istehsalçıRegion1Mürəbbə, cem"ABAD" brendiƏliyevlər, Novruzovlar, İbrahimovlar, Bazarovlar, Xəlilovlar, Qurbanovlar, Zurnayevlər, Bağırovlar, Abdullayevlər, İsmayılovlar, Rəhimovlar ailələriMasallı, Balakən2Bal"ABAD" brendiHüseynovlar ailəsi, Məhərrəmovlar ailəsi, Nəzirovlar ailəsi, Qəniyevlər ailəsi, Mirzəyevlər ailəsi, Pənahovlar ailəsi, Nuriyevlər ailəsi, Əzizovlar ailəsiMasallı, İsmayıllı, ŞamaxıMr. BeeKercom MMCBakı şəhəriPətəkBayramovlar ailə təsərrüfatıBakı, Quba, Qusar, QəbələQarabağlı"Zəngəzur" MMCSumqayıt şəhəri3PendirŞərəfə (Antep və Kəndli növləri)Şükürovlar ailəsiMasallı rayonuHənifəHacıyevlər ailəsiBalakən şəhəriBharatNiftəliyevlər ailəsiQuba "ABAD" FactoryİsmayıllıVəlizadə ailəsiBeyləqan şəhəri (çəki ilə satılan pendirlər)NaxçıvanGədəbəyİvanovkaSaçaqKaşarQuba "ABAD" Factory4KolbasaKəndliRəhimovlar ailəsiMasallı rayonuBizim nemət (kabanossi və krakov növləri)Şabanovlar ailəsiBalakən şəhəri"Toyuq kolbasası" və "Doktorskaya"Ağasiyevlər ailəsiQuba "ABAD" Factory5SosislərBəh-bəh (südlü və hisə verilmiş)Ələsgərovlar ailəsiMasallı rayonu6KompotlarŞaftalı (2 çeşid:qırmızı və ağ fədai)Haqverdizadələr ailəsiQuba "ABAD" FactoryGavalı (hybrid və yapon)ZoğalHəsənovlar ailəsiOğuz rayonuGöyəmFeyxoaHeyva7Alma şirəsiMəmmədovlar ailəsiQuba "ABAD" Factory8Spirtli içkilərAVEYMəmmədovlar ailəsiBakı9Tərəvəz məhsullarıBadımcan kürüsüMəmmədlilər ailəsiMasallı rayonuBişmiş tərəvəz salatıEvsayağı tomatPomidor turşusuHacıyevlər ailəsiMasallı rayonuÇerri pomidorları ilə turşu10YağQara zirə yağıSəbzəliyevlər ailəsiBakı şəhəriKokos yağıBadam yağıBalqabaq tumu yağıKərə yağıSəfyarovlar ailəsiFüzuli şəhəriFındıq yağıYekəbaşovlar ailəsiZaqatala rayonuQoz yağı11Meyvə qurusuAlma qurusuCəfərovlar ailəsiQuba "ABAD" Factory12UnDüyüPaşayevlər ailəsiŞəki şəhəriYulagQarğıdalıQarabaşaqBuğdaÇovdar13ÇayQara çayAxundzadələr ailəsiZaqatala14ƏdviyyatlarSarımsaq tozu"Garlic" MMCBakı şəhəriÜyüdülmüş sarıkökÜyüdülmüş qara istiot15Yarımfabrikat məhsullarPelmeniHəsənovlar ailəsiBakı şəhəriDüşbərəVarenikiYarpaq dolmasıKələm dolması16ƏzmələrŞokolad əzmələriTulyakovlar ailəsiBalakənXurma doşablı əzmələrŞokoladlı kremlər17AntiseptikƏliyevlər ailəsiBakı şəhəri18ŞirniyyatŞəki halvasıHəşimovlar ailəsiŞəki şəhəri
Dekorativ-tətbiqi xalq sənətkarlığı Əl işləri sahəsi üzrə isə bütün Azərbaycan üzrə sənətkarlar qəbul olunur. Sənətkarlar arasında üstünlük Azərbaycan milli-mədəni ruhda hazırlanan suvenirləri düzəldənlərə üstünlük verilir. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində Azərbaycan milli-mədəniyyətinı xas olan bütün dekorativ sənət növlərinin suvenir nümunələri təqdim olunur: xalçaçılıq, dulusçuluq, oymaçılıq, rəngkarlıq, zərgərlik, misgərlik, həsirçilik, və s.
"ABAD" həmçinin orta sahikarlığa dəstək göstərir. Dəstək daha çox satışın təşkili xidmətindən ibarətdir, bir neçə MMC daxildir.
Məhsulların keyfiyyəti
"ABAD" leyblı altında satışa çıxarılan bütün məhsullar keyfiyyəti ilə seçilir. Onlar kimyavi qatqısıq evsayağı və 100% handmade üsulu ilə hazırlanır. Ət məhsulları 99% mal, qoyun və toyuq ətindəndir, 1% təbii ədviyyatlardan ibarətdir.
Dəstək proqramına daxil olan xidmətlər "ABAD"ın dəstək proqramı müxtəlif xidmətləri ehtiva edir. Bura marketinq, brendinq, dizayn, mühasibat xidmətləri, avadanlıqla təchizedilmə, hüquqi yardım, daşınma, qablaşdırma, logistika, bir pəncərə əsasında sertifikatlaşdırma və sonunda satışın təşkili kimi xidmətlər daxidlir. Bundan başqa, ABADçının adına bank hesabı və VÖEN açılır, satış baş tutduqda vəsaitlər ABADçının bank hesabına köçürülür. Zərurət yaranarsa, donor və partnyorlarımızın vasitəsilə "ABAD"çılara avadanlıq, ya güzəştli mikrokredit verilə bilər.
Qeyd: Vergi və DSMF hesabatlarının verilməsi. Suvenir hazırlayanlar vergidən azaddır.
Mərkəzlər
"ABAD" Etno-butik və BAKALEYA-lar
Etno-butiklər "ABAD" etno-butiklərində əsasən dekorativ-tətbiqi xalq sənətkarlığı məhsulları satılır. №Etno-butikAçılış tarixi1İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu, Qız Qalası yaxınlığı18 mart 2017-ci il2Heydər Əliyev Beynəlxalq Hava Limanı8 iyun 2017-ci il3Milli Gimnastika Arenası (yalnız iri beynəlxalq yarışlar zamanı)22 sentyabr 2017-ci il4Şamaxı rayonu, Dəmirçi kəndi2 oktyabr 2017-ci il5Qəbələ rayonu, "Tufandağ" kurortu2 yanvar 2018-ci il63 saylı Bakı "ASAN xidmət" mərkəzi17 mart 2018-ci il7"Fairmont Baku" Hotel26 sentyabr 2018-cil il8Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi29 oktyabr 2018-ci il9Masallı rayonu "ASAN Həyat" kompleksi nəzdində10 yanvar 2019-cu il107 saylı Bakı "ASAN xidmət" mərkəzi28.05.2022-ci il11Şərq Bazarı06.06.2022-ci il12Şamaxı "ASAN Həyat" kompleksi nəzdi05.12.2019-cu il
Bakaleya Qida məhsullarının satışı "Bravo" hipermarketlərində, Grandmart və Bolmart supermarketlərində, həmçinin Rahat marketlərində yerləşən "ABAD" Bakaleyaları və stendlərində həyata keçirilir: №MağazaAçılış tarixiÜnvan1"ABAD" Bakaleyası "Bravo" Koroğlu7 noyabr 2018-ci ilNizami rayonu, Heydər Əliyev prospekti 172 (Koroğlu metrosunun yanı)2"ABAD" Bakaleyası "Bravo" Əhmədli8 yanvar 2019-cu ilXətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4)3"ABAD" stendi "Bravo" Gənclik Mall8 yanvar 2019-cu ilNərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, Gənclik Mall, 1-ci mərtəbə4"ABAD" Bakaleyası "Bravo" 20 Yanvar30 yanvar 2019-cu ilNəsimi rayonu, Tbilisi prospekti 30075"ABAD" stendi "Bravo" Babək28 fevral 2019-cu ilXətai rayonu, Babək pospekti 94 (Sərhədçi İdman kompleksindən yuxarı)6"ABAD" stendi "Bravo" 28 Mall2 mart 2020-ci ilNəsimi rayonu, Azadlıq prospekti 15a/4 (28 Mall, 1-ci mərtəbə)7"ABAD" stendi "Bravo" Dəniz Mall24 iyun 2020-ci ilSəbail rayonu, Neftçilər prospekti 92 (Dəniz Mall)8"ABAD" stendi "Bravo" Şokolad Tower17 avqust 2020-ci ilYasamal rayonu, Həsəb bəy Zərdabi prospekti, 574-cü məhəllə, "Şokolad Tower" yaşayış kompleksi)9"ABAD" stendi "Grandmart" Af-Mall Ticarət Mərkəzi16 noyabr 2020-ci ilNəsimi rayonu, Səməd Vurğun küçəsi 3410"ABAD" stendi "Grandmart" AF Business House16 noyabr 2020-ci ilNəsimi rayonu, Nizami küçəsi 203B11"ABAD" stendi "Grandmart" Altes Plaza16 noyabr 2020-ci ilYasamal rayonu, İmayılbəy Qutqaşınlı küçəsi 507–51112"ABAD" stendi "Grandmart" ABU Arena yaxınlığı16 noyabr 2020-ci ilNərimanov rayonu, Aşıq Alı küçəsi 6B13"ABAD" stendi "Bolmart" 9-cu mkr16 noyabr 2020-ci ilBinəqədi rayonu, Mir Cəlal küçəsi 31414"ABAD" stendi "Bolmart" Təzə Bazar16 noyabr 2020-ci ilNəsimi rayonu, Səməd Vurğun küçəsi 10715"ABAD" stendi "Üç Alma" Badamdar qəsəbəsi27 avqust 2020-ci ilBadamdar qəsəbəsi16"ABAD" stendi "Bizim Market" Ayna Sultanova25 dekabr 2020-ci ilBinəqədi ray., İ. Paşa Dadaşov küç.17"ABAD" stendi "Bravo" Yeni Günəşli16 fevral 2021-ci ilSuraxanı rayonu, Yeni Günəşli yaşayış massivi18"ABAD" stendi "Bravo" Oazis16 fevral 2021-ci ilBinəqədi rayonu, Şövkət Məmmədova küçəsi 219"ABAD" stendi "Bravo" 20-ci sahə05 mart 2021-ci ilSəbail r-nu, Ş. Allahverdiyev küç. 6B20"ABAD" stendi "Bravo" Lökbatan05 mart 2021-ci ilQaradağ r-nu, Lökbatan qəsəbəsi, 28 May21"ABAD" stendi "Bravo" Yeni Yasamal05 may 2021-ci ilYasamal r-nu, M. Xiyabani küçəsi 202A22"ABAD" stendi "Rahat Market"08 avqust 2021-ci ilZabrat qəsəbəsi
Regional mərkəzlər "ABAD" publik hüquqi şəxsin 6 regional mərkəzi fəaliyyətdir. №MərkəzAçılış tarixi1Bakı "ABAD" baş ofis (3 saylı "ASAN xidmətin binasında, 4-cü mərtəbə)23 sentyabr 2016-cı il2Masallı "ABAD" regional mərkəzi3 sentyabr 2016-cı il3Balakən "ABAD" regional mərkəzi3 avqust 2017-ci il4Quba "ABAD" regional mərkəzi7 dekabr 2017-ci il5İmişli "ABAD" regional mərkəzi22 oktyabr 2018-ci il6Şəki "ABAD" regional mərkəzi29 oktyabr 2018-ci il7Tovuz "ABAD" regional mərkəzi6 mart 2020-ci il
Digər mərkəzlər və layihələr №MərkəzAçılış tarixi1Quba "ABAD" Məktəb7 dekabr 2017-ci il2Quba "ABAD" Factory İstehsalat Kompleksi28 sentyabr 2018-ci il3"ABAD" Gastro Village28 sentyabr 2018-ci il4Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi29 oktyabr 2018-ci il5Masallı "ABAD" Xalçaçılıq Mərkəzi10 yanvar 2019-cu il6Tovuz "ABAD Factory" İstehsalat Kompleksi6 mart 2020-ci il
"ABAD Food Hall" "ABADçı"lar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı həmçinin regiona "ASAN Həyat Kompleks"lərinin nəzdində və ərazisində açılmış "ABAD Food Hall"-larda təşkil olunur. Hazırda 5 "ABAD Food Hall" fəaliyyət göstərir: №Food hallAçılış tarixi1İmişli "ABAD Food Hall"22 oktyabr 2018-ci il2Şəki "ABAD Food Hall"29 oktyabr 2018-ci il3Şamaxı "ABAD Food Hall"5 dekabr 2019-cu il4Kürdəmir "ABAD Food Hall"12 fevral 2020-ci il5Ağcabədi "ABAD Food Hall"3 iyun 2020-ci il6Sumqayıt "ABAD Food Hall"20 iyul 2022-ci il
Quba "ABAD Factory" Publik hüquqi şəxsin təsis etdiyi "Quba ABAD Factory" istehsalat kompleksinin açılış mərasimi 2018-ci ilin sentyabrın 28-də keçirilib. İkimərtəbəli, ümumi sahəsi 1500 м²-ə yaxın olan müasir istehsalat kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir:
Quru meyvələr; Qənnadı məmulatları; Kompot; Süd məhsulları; Ət məhsulları.
Qeyd: Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə "Quba ABAD Factory" ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 30 ABADçı ailəsi fəaliyyət göstərir. Məhsul dövriyyəsi artdıqca bu sayın 80-dək qalxması gözlənilir.
Tovuz "ABAD Factory" "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin açılış mərasimi 4 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz "ASAN Həyat" kompleksinin açılışı zamanı baş tutub. Fabrik "Qazax Sement Zavodu" MMC və "Fito Life" MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib.