Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır.http://213.172.74.36/articles.php?article_id=20070924070813472&page=00&lang=az thumb|Azərbaycan poçt markası, 1997 Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.http://www.mediaforum.az/articles.php?article_id=20071210062924839&lang=az&page=00
Yaxınlığında eyniadlı funikulyor stansiyası mövcuddur.
Həmçinin bax Sasanilər İmperiyası Yeddi gözəl Azneft meydanı V Bəhram Bakı funikulyoru
İstinadlar
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:1959-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Aslan Rüstəmovun heykəlləri Kateqoriya:Azərbaycan fəvvarələri